“Bank Respublika”nın mənfəətinin artacağı gözlənilir
(®) "Moody's" beynəlxalq reytinq agentliyi "Bank Respublika"nın uzunmüddətli kredit reytinqini “stabil” proqnozla B3 dərəcəsinə yüksəldib.
Agentliyin analitikləri reytinqin yüksəlməsini bankın mənfəətinin və aktivlərinin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirir.
"Moody's" hesab edir ki, Bank Respublika portfel üzrə ehtiyatların yaradılması prosesini 2018-ci ildə yekunlaşdırıb və 2019-20-ci illərdə ehtiyatların yaradılması üzrə xərclərin azalacağını gözləyir. Bu isə, əməliyyat mənfəətinin yüksəlməsi ilə yanaşı, növbəti 12-18 ay ərzində xalis mənfəətin artmasına gətirib çıxaracaq. Aktivlərin keyfiyyətinin yaxşılaşması köhnə portfelin amortizasiyası ilə yanaşı, daha sərt anderraytinq standartları ilə verilmiş yeni kreditlərin həcmi ilə də bağlıdır. Portfelin keyfiyyətinin yaxşılaşdırılması tendensiyası, həmçinin 2019-20-ci illərdə kredit portfelinin böyüməsi ilə davam edəcək.
“Moody`s agentliyi tərəfindən bankın reytinqinin yüksəldilməsi, bankın kollektivinin böyük əməyinin layiqincə qiymətləndirilməsidir. Biz çox şadıq ki, bankın maliyyə sabitliyinin və inkişafının təmin olunmasına yönəlmiş tədbirlərimiz özlərini tam şəkildə doğrultdu və beynəlxalq səviyyədə təsdiqini tapdı. Əminik ki, yeni reytinq Bank Respublikanın daha etibarlı və dinamik inkişaf edən banklardan biri kimi mövqeyini daha da gücləndirəcəkdir”, deyə Bank Respublikanın Müşahidə şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 32 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib



















.jpg)




