"Paşa Bank" da tanınmış iş adamını məhkəməyə verib
"Paşa Bank" ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib.
Məlumata görə, Səbail Rayon Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Kredit müqaviləsi detallı məlumat yoxdur.
Məhkəmə iddianı təmin edib.
Hökmdən narazı qalan iş adamı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Daha sonra N.Piriyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, N.Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Hər iki şəxsin adı 2015-ci ildə həbs edilən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin cinayət işində hallanır.
Belə ki, hazırda davam etdirilən "Beynəlxalq Bank işi"ndə təqsirləndirilən Erxan Cavad dindirilən zaman "Cargill" şirkəti ilə "Buta Kitchen" MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsullarının alındığını bildirib. Onun sözlərinə görə, faiz çıxılandan sonra "Cargill" "Buta Kitchen"in xarici hesabına 130 milyon manat pul köçürüb, həmin məbləğin 30 milyonu əvvəlcədən Azərbaycana göndərilib, qalan 100 milyon isə şirkətin səhmdarı N.Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb.
Xatırladaq ki, N.Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb.
Xəbər verdiyimiz kimi, "Azərbaycan Beynəlxalq Bankı" ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib. Ətraflı: Beynəlxalq Bank tanınmış iş adamını məhkəməyə verib
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinqi olunacaq
-
15 d. əvvəl
11 ayda dövlət büdcəsinin gəlirləri proqnozu 324,6 milyon manat üstələyib
-
-
18 d. əvvəl
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
- 53 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
1 saat əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
1 saat əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
2 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
2 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahil Babayev iclas keçirdi
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Ən çox oxunanlar
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb

























.jpg)





