"PAŞA Bank" innovativ işəgötürmə platformasının tətbiqinə başladı - AZƏRBAYCANDA İLK
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank “HackerRank” innovativ işəgötürmə platformasının istifadəsinə başlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycanda ilk dəfə tətbiqinə başlanılmış bu sistem informasiya texnologiyaları sahəsi üzrə məşğul olan mütəxəssislərin işəqəbul prosesinin effektiv şəkildə keçirilməsinə imkan verir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Sistemin ən vacib üstünlüklərindən biri də eyni vaxtda yüzlərlə potensial namizədin bilik və professional bacarıqlarının sınaqdan keçirilib təhlil olunmasıdır. Yeni platforma, ilkin olaraq, müraciət edən şəxsin potensialını, güclü və zəif tərəflərinin obyektiv şəkildə qiymətləndirilməsi, texniki cəhətdən hazırlığı, verilən tapşırığa sərf edilən zaman müddəti və digər məqamları öyrənməyə şərait yaradır. Cari platforma sayəsində mütəxəssislər nəinki Azərbaycan, həmçinin dünyanın istənilən ölkəsində Bankın işəqəbul prosesində iştirak edə bilərlər.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, sürətlə dəyişən müasir dövrdə dünyanın aparıcı şirkətləri İT sahəsi üzrə peşəkar mütəxəssislərin işə cəlb olunması üçün bu kimi yenilikçi sistemlərə müraciət edirlər.
“İşəgötürənlə yanaşı, namizədlər də, öz növbəsində, seçim mərhələsinin obyektivliyi və şəffaflığını özündə ehtiva edən detallı test nəticələri ilə təmin olunur. İnanıram ki, peşəkar İT mütəxəssisləri arasında kifayət qədər tanınmış ən yeni platformanın tətbiqi Azərbaycan bazarında rəqəmsal sahə üzrə ən tərciyə olunan işəgötürən kimi mövqeyimizi daha da möhkəmləndirməyə kömək edəcək” , - T. Kazımov bildirib.
Onu da qeyd edək ki, “HackerRank” işəgötürmə platforması dünyanın müxtəlif ölkələrində 1000-dən çox şirkətdə İT sahəsi üzrə mütəxəssislərin peşəkar bacarıqlarının qiymətləndirilməsi üçün standart hesab edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















