Hesablama Palatası aqrosığorta sahəsinə dövlət dotasiyalarını təkrar nəzərdən keçirməyi təklif edir
Hesablama Palatası dövlət büdcəsindən malyyələşdirilən aqrosığorta üzrə sğorta haqlarının bir hissəsini təkrar nəzərdən keçirməyi təklif edir.
Bu barədə Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, dövlət büdcəsində kənd təsərrüfatı əmlakının sığortalanmasının stimullaşdırılması iklə əlaqədar sığorta haqqının 50%-nin ödənilməsi ilə vəsaitlər nəzərdə tutulursa, həmin vəsaitin çox az hissəsi istifadə edilib.
“Dövlət büdcəsində bu məqsəd üşün nəzərdə tutulmuş 2012-ci il üzrə 750 min manatdan cəmi 35,1 min manatı (nəzərdə tutulan vəsaitin 4,7%-i), 2013-cü il üzrə 1 mln. manatdan cəmi 19,6 min manatı (2%-i), 2014-cü ildə - 1 mln. manatdan cəmi 23,2 min manatı (2,3%-i), 2015-ci ildə isə həmçinin 1 mln. manatdan cəmi 14,6 min manatı (1,5%-i) istifadə olunub. 2016-cı və 2017-ci illərdə nəzərdən tutulmuş vəsait heç istifadə olunmayıb ”, - hesabatda vurğulanır.
Hesabalama Palatası qeyd edir ki, aqrosığortaya marağın az olamsı bir neçə amillərlə əlaqədardır. Onların arasında kənd təsarrüfatı istehsalçılarının sığorta məhslu barədə az məlumatlı olması, zəif reklam, sığorta şirkətlərinin marağının olmaması, sığorta olunanlara təqdim olunan şərtlərin kifayət dərəcədə sərt olması, həmçinin aqrosığorta xidmətinin yüksək qiymətidir.
“Bununla əlaqədar dövlət büdcəsindən sığorta haqlarının qismən ödənilməsinə ayrılan vəsaitin həcminin təkrar baxılmasından başqa həmçinin aqrosığorta mexanizminin təkrar gözdən keçirilməsi, o cümlədən, dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı edilən kənd təsarrüfatı bitkilərinə pambıq, tütün, çüy, çəltik və tut sahələrinin məhsullarının əlavə edilməsi tövsiyyə olunur”, - hesabatda deyilir.
Xəbər verildiyi kimi, Azərbaycanda kənd təsərrüfatında sığotrtanın təşviqi haqqında qanun layihəsi hələ 2018-ci ilin ikinci yarısında hazırlanıb və hazırda parlamentin müzakirəsindədir.
Hazırda kənd təsərrüfatında sığorta haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi qüvvədə olan qanunla tənzimlənir.
2018-ci ildə Azərbaycanda sığorta şirkətlərinin aqrosığorta üzrə sığorta haqları 2 mln. 680,1 min manat, ödənişləri 755 min manat təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















