Kredit kartlarının sayı bir ayda 94 min ədəd azalıb
2019-cu ilin Fevral ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 624 min ədəd təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Yanvar ayının sonu ilə müqayisədə Fevralda cəmi ödəniş kartlarının sayı 74 min ədəd artıb.
Artım Yanvarda 39 min ədəd təşkil etmişdi.
Yanvar ayı ilə müqayisədə Fevralda sosial kartların sayı 15 min ədəd artaraq 2 milyon 535 min ədədə, əməkhaqqı kartlarının sayı 32 min ədəd artaraq 2 milyon 535 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 121 min ədəd artaraq 1 milyon 225 min ədəd çatıb, kredit kartlarının sayı isə 94 min ədəd azalaraq 779 min ədədə düşüb.
2 AYDA CƏMİ KARTLAR 113 MİN ƏDƏD ARTIB
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-fevral ayları ərzində cəmi ödəniş kartlarının sayı 113 min ədəd, o cümlədən sosial kartların sayı 13 min ədəd, əmək haqqı kartlarının sayı 45 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 136 min ədəd artıb. Kredit kartlarının sayı isə 81 min ədəd azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















