20 sığorta şirkətinin məcmu xalis mənfəəti 44% artıb
"Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2018-ci ildə məcmu gəlirləri 636,793 mln. manat təşkil edib.
Bu, 2017-ci ilə nisbətən 3,1% çoxdur.
Hesabat ilində sığortaçıların məcmu xərcləri isə 1,05% azalaraq 557,431 mln. manat olub. Şirkətlərdən 10-nun gəlirləri, elə 10-nun da xərcləri artıb.
Ötən ilin yekununda sığortaçıların ümumi maliyyə mənfəəti 79,362 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 45,7% çoxdur. 8 şirkətdə (“A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Azərsığorta”, “Bakı Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər) maliyyə mənfəəti artıb, 4 şirkətdə (“Amrah Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta” və “İpək Yolu Sığorta”) maliyyə mənfəəti azalıb, 1 şirkətdə (“Atəşgah Sığorta”) maliyyə zərəri azalıb. 2017-ci ildə maliyyə mənfəəti əldə etmiş 3 şirkət (“Atasığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Standard Insurance” Sığorta Şirkəti ASC) 2018-ci ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərərinə uğramış 4 şirkət (“AXA Mbask” Sığorta Şirkəti, “Azsığorta”, “Qala Sığorta” və “Rəvan Sığorta” ASC-lər) isə ötən il maliyyə mənfəəti əldə edib.
2018-ci ildə sığorta şirkətləri 17,582 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2017-ci ilə nisbətən 52,1% çoxdur.
Ötən il 20 şirkətdən 6-sı vergi ödəməyib ki, bunlardan 3-ü (“Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Standard Insurance”) zərər etmiş şirkətlərdir. 2018-ci ildə mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməmiş 3 şirkət isə “Amrah Sığorta”, “Azsığorta” və “Rəvan Sığorta”dır. Bunlardan ilk 2-si 2017-ci ildə də mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməyib.
Ötən ilin yekununda Azərbaycan sığortaçılarının ümumi xalis mənfəəti isə 61,78 mln. manat olub. Bu da əvvəlki illə müqayisədə 44% çoxdur. 2017-ci ildə maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri azalmış 1 şirkətin isə həm də zərəri azalıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















