Youth Inc. və INNOLAND arasında memorandum imzalandı
4 Aprel tarixində keçirilən tədbirdə “Youth Inc.” Sahibkarlıq Proqramı və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.
“Youth Inc.”ın İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Sahib Gülməmmədovun “Marja”ya göndərdiyi məlumata görə, imzalanan memorandum çərçivəsində hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub. Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.
Keçirilən tədbirdə həmçinin “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim öz çıxışlarında imzalanan memorandumun qarşılıqlı fəaliyyətin daha da böyüməsinə böyük təkan verəcəyini və hər iki mərkəzin startap ekosisteminin genişlənməsi üçün atacağı addımlardan bəhs edib. Çıxışlarda memorandum əsasında görüləcək işlərin ölkəmizdə gənc startapçıların və biznes ideyaların inkişaf edərək yerli və beynəlxalq bazara çıxmasına dəstək olacağı da qeyd edilib. Bundan əlavə çıxışlarda ölkəmizdə startap ekosisteminin və KOS-un inkişafına dəstək verilməsi və gənc ideya sahiblərinə imkanların yaradılması üçün bu tipli əməkdaşlıqların müsbət qiymətləndirildiyi qeyd edilib.
Baş tutan tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Sahibkarlığa Dəstək Agentliyi və digər qurumların nümayəndələri iştirak edib.
“INNOLAND” kovörkinq, inkubasiya, akselerasiya və İT təlim-tədris mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “İNNOLAND”də fəalliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.
Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 2012-ci ildən fəaliyyətə başlayaraq, 2015-ci ildən Biznes İnkubasiya Mərkəzi ilə xidmət göstərir. Fəaliyyəti dövründə “Youth Inc.” tərəfindən 16 startap fəaliyyətə başlamış, 34 biznesə dəstək göstərilmiş, 200-dən çox iş imkanı yaradılmış və ümumilikdə 8000-dən çox gənc əhatə edilmişdir. “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)


.jpg)



