Pambıq əkinində yeni texnologiya - Fermer hektardan 50-60 sentner məhsul götürə biləcək

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında “Yeni texnologiya ilə əkiləcək pambıq sahəsinə mineral gübrələrin verilməsi və səpinqabağı becərmə işlərinin təşkili” mövzusunda tarla seminarı keçirilib. Tarla seminarına pambıqçılıqla məşğul olan 40 nəfər fermer və fiziki şəxs qatılıb.
Seminarda innovativ Çin texnologiyası ilə pambıq əkiləcək sahəyə mineral gübrənin verilməsi, ağır diskli malanın çəkilməsi prosesi nümayiş etdirilib. Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, habelə Çin Xalq Respublikasından gələn mütəxəssislər – Lin Xinan, Tu Qinan və Vung TianZuo yeni texnologiyanın üstünlükləri barədə danışıblar. Bölgədə pambıq əkən fermerlərə və fiziki şəxslərə yeni texnologiyanın üstünlükləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ayrılan torpaq sahəsində ötən ilin payızında dönər kotanla şumlama aparılıb, fevral ayından başlayaraq sahə lazer mala ilə hamarlanıb, dərin yumşaldıcı ilə 70 santimetrə qədər reperləmə əməliyyatı aparılıb. Sahələrin lazer mala ilə hamarlanması və reperləmə əməliyyatları martın 13-də Ucar və ətraf rayonlarda pambıqçılıqla məşğul olan fermerlərə nümayiş olunub.
Qeyd olunub ki, bu gün aqrar sektorda innovativ becərmə texnologiyaların tətbiqi diqqət mərkəzindədir. Bu texnologiya, əlbəttə, yüksək məhsuldarlıq üçün zəruridir. Vurğulanıb ki, bu gün burada - 10 hektar sahədə Çin texnologiyası əsasında pambıq əkininə hazırlıq işləri görülür. Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq sahə lazer mala ilə hazırlanıb və 70 sanimetrə qədər yumşaldılıb. Damcılı suvarma sistemi qurulacaq, cərgəarası 90 santimetr olmaqla, iki sırada əkin aparılacaq ki, hər hektarda 200-220 min bitki olacaq. İndiyədək ənənəvi üsulla aparılan əkində isə 100-110 min bitki olur. Yeni texnologiya ilə fermer hər hektardan 50-60 sentner məhsul götürə biləcək. Halbuki indiyədək bu rəqəm 16-17 sentner olub.
Tarla seminarında əkin sahəsinə hər hektara 260 kiloqram hesabı ilə şumaltı gübrə - nitroammofosk verilib. Mineral gübrənin əhəmiyyəti barədə geniş məlumat verilərək vurğulanıb ki, nitroammofosk torpağın kimyəvi-fiziki xüsusiyyətlərinin yaxşılaşmasına, çıxışdan sonra bitkilərdə güclü kök sisteminin yaranmasına və normal inkişafına münbit şərait yaradır. Gübrənin sahəyə verilməsindən sonra ağır diskli mala ilə səpinqabağı becərmə işləri yerinə yetirilib.
Tarla seminarında yeni texnologiyanın üstünlükləri əyani nümayiş etdirilib, fermerlərin çoxsaylı sualları mövcud təcrübə əsasında əhatəli cavablandırılıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
14 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
15 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
15 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
