“Qərb şirkətləri əsas ofislərini Azərbaycanda yaratmaqla, İrana investisiya yönəldə bilərlər”
Azərbaycan Respublikası Prezidentinin İrana səfəri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafını gündəmə bir daha gətirdi. Cənub qonşumuza tətbiq edilən sanksiyalar yumşaldıldıqdan sonra İran region üçün aparıcı bazarlardan birinə çevrilməkdədir.
İqtisadçı Vüqar Bayramov Facebook səhifəsində yazıb ki, 78 milyon istehlakçı, 1.459 tirlyon dollar (PPP ilə) Ümumi Daxili Məhsul və 63 milyard dollarlıq idxalı ilə İran cəlbedici iqtisadi tərəfdaşdır.
“Azərbaycan ilə İran arasında iqtisadi münasibətlər hansı səviyyədə inkişaf edə bilər? Əvvəlla, iki ölkə arasındakı rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması olduqca vacibdir. İki dövlət arasındakı ticarət dövriyyəsi cəmi 123 milyon dollardır və halbuki bu göstərici 10 il öncə yarım milyard dollardan çox idi. Deməli, ticari əlaqələrin genişləndirilməsi vacibdir. Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər. İkincisi, İran turizm sahəsində ciddi tərəfdaş ola bilər. İranlılar üçün sekular Azərbaycan yalnız Novruz bayramında deyil, eyni zamanda ilin digər fəsillərində də cəlbedici turizm destinasiyasıdır. Bu isə real valyutanın ölkəyə daxil olması baxımdan əlverişlidir. Üçüncüsü, İran kiçik və orta miqyaslı sənaye sərmayəsində yaxşı tərəfdaş ola bilər. Əczaçılıq, avtomobil və eləcə də qida sənayesində başlanılan əməkdaşlıq buna misaldır. İranın xarici sərmayəçi kimi Azərbaycan qeyri-neft sektorunda investisiyalarının həcminin artırılmasına ciddi şəkildə ehtiyac var. Dördüncüsü, Azərbaycan İrana investisiya etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər. Bir sıra Qərb şirkətlərinin əsas ofislərinin Azərbaycanda yaratmaqla, yəni ölkəmiz üzərindən İrana investisiya yönəldilməsinə nail olmaq mümkündür. Nəhayət, İran regional enerji və nəqliyyat dəhlzilərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə, uzun müddət sankiyalara məruz qalan cənub qonşumuz indi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi imkanları heç də az deyil”.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)










.jpg)
