"Xalq Bank" və "Ulduzum"la Dubaya səyahət edin!
(®) Xalq Bankı öz xüsusi təklifləri ilə mütəmadi olaraq müştəriləri qarşısında yeni imkanlar açır. Xalq Bank ödəniş kartları ilə alış-veriş edən müştərilər müxtəlif endirimlər, əlverişli təkliflərdən yararlanır, aksiyalarda iştirak edirlər.
15 mart tarixdən başlayan “Xalq Bank və Ulduzumla Dubaya səyahət” lotereyası Xalq Bankın bütün kart (öncədən ödənilmiş və korporativ kartlar xaric) sahiblərini əhatə edir və qeyri-nağd əməliyyatların artımını stimallaşdırmağa yönəlik aksiyadır. 15 mart tarixdən 15 iyunadək onlayn və POS-terminallar vasitəsi ilə keçirilmiş ödənişlərə görə (pul köçürmələri, elektron cüzdanlara mədaxil və kredit ödənişi üzrə əməliyyatlar istisna olmaqla) kart sahiblərinin mobil balansına Bakcell bonus dəqiqələri yüklənəcək. Dəqiqələr həyata keçirilmiş ödənişlər əsasında – ödənişin hər 5 manatı müqabilində 1 dəqiqə hesablanır. Hər dəqiqə bir uduş şansına bərabərdir. Lotereyada çoxsaylı hədiyyələr - Cinema Plus şəbəkəsinə biletlər, Nisa Beauty gözəllik salonuna, Sabina Perfumery&Cosmetics mağazalarına, Burger King və Domino`s Pizza restoranlarına hədiyyə kuponları, Azpetrol məntəqələrində yanacaq talonları, Qəbələ Karvansaray hotelində iki günlük qonaqlama kuponu, smartfonlar, şelfi çubuqları, Cerutti noutbuk çantaları, və super mükafat - Dubaya səyahət kuponu öz sahiblərini tapacaqlar.
Üç ay davam edəcək lotereya 3 tirajdan ibarətdir. Aksiyanın şərtlərinə görə hər iştirakçı lotereyada cəmi bir dəfə mükafat qazana bilər. Əsas mükafat - Dubay şəhərinə səyahət paketinin (Bakı-Dubay-Bakı aviabileti, transfer, 4 gün 3 gecə hotel) sahibi əlavə keçiriləcək uduşda müəyyən ediləcək. Əsas mükafatın oynandığı uduşda üç ay ərzində aksiyaya qatılan bütün kart sahibləri iştirak edəcək
Lotereyada iştirak üçün Xalq Bank ödəniş kartının sahibi abonenti olduğu Bakcell nömrəsindən 5555 qısa nömrəsinə kartının son 6 rəqəmi və doğum tarixini (rrrrrr gg.aa.iiii) əks etdirən rəqəmi göndərməlidir. Lotereyada 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər.
Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqda daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən və ya www.xalqbank.az internet ünvanından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























