Yeni Günəşli superstore mağazası açılacaq - ƏN BÖYÜK FİLİAL
“ARAZ” SUPERMARKETLƏR ŞƏBƏKƏSİ YENİ GÜNƏŞLİ QƏSƏBƏSİNDƏ ƏN BÖYÜK FİLİALINI AÇIR
Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz” Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində yeni superstore mağazasını açaraq, şəbəkəsini bir qədər də genişləndirir.
"Araz Supermarket" MMC-dən "Marja"ya daxil olmuş məlumata görə, “Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi martın 29 - dan etibarən Günəşlidə fəaliyyətə başlayır. “Araz” superstore geniş sahəsi, 100 – dən artıq avtomobil üçün rahat və pulsuz dayanacaq yeri, 20 minə yaxın qida və qeyri-qida məhsul çeşidi ilə sakinlərə rahat, əlverişli alış-veriş mühiti yaradır.
Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları, gigiyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə veriləcək. Müştərilər həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar, tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə biləcəklər.
Marketin daxilində “Araz Kafe” fəaliyyət göstərəcək.
Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və hədiyyə kampaniyaları nəzərdə tutulub. Kampaniya 29 mart tarixindən 4 aprelədək davam edəcək.
“Araz” supermarketlər şəbəkəsi hər kəsi böyük məmnuniyyətlə, yeni filialının açılışına dəvət edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
58 d. əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb












.jpg)



.jpg)









