“Bakı Sığorta” xalis mənfəətini artırıb
“Bakı Sığorta” investisiya gəlirinin artması və xərclərinin azalması hesabına xalis mənfəətini artırıb.
“Bakı Sığorta” ASC 2018-ci ili 334 min 421 manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 71 min 923 manat və ya 27,4% çoxdur. Şirkət 2017-ci ili 262 min 498 min manat xalis mənfəət ilə bağlamışdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 109 min 409 manat, cəmi xərcləri 1 milyon 691 min 382 manat, əməliyyat mənfəəti (maliyyə mənfəəti) 418 min 26 manat təşkil edib. Şirkət ötən il 83 min 605 manat mənfəət vergisi ödəyib.
2017-ci ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 500 min manat, cəmi xərcləri 2 milyon 172 min manat təşkil etmiş, 328,1 min manat maliyyə mənfəətindən 65,6 min manat mənfəət vergisi ödəmişdi.
2017-ci illə müqayisədə 2018-ci ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 391 min 365 manat və ya 15,6%, cəmi xərcləri isə 481 min 269 manat və ya 22,2% azalıb. Xərclərin azalması gəlirlərin azalmasını üstələdiyindən “Bakı Sığorta”nın mənfəəti illik müqayisədə artıb.
2017-ci ildə “Bakı Sığorta”nın topladığı sığorta haqları 1 milyon 287 min manat ikən, 2018-ci ildə 1 milyon 25 min manat təşkil edib. İllik müqayisədə sığorta ödənişləri isə 283 min 221 manatdan 197 min 476 min manata düşüb.
İllk müqayisədə şirkətin investisiya gəliri 16,7% artaraq 730 min 88 manata yüksəlib.
“Bakı Sığorta” 2017-ci illə müqayisədə ötən il işlərin aparılması xərclərini 17,8% azaldıb.
31 Dekabr 2018-ci il tarixində “Bakı Sığorta” ASC 10 milyon 553 min manat cəmi aktivlərə, 1 milyon 276 min manat cəmi öhdəliklərə və 9 milyon 278 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2017-ci il tarixində “Bakı Sığorta” 10 milyon 728 min manat cəmi aktivlərə, 1 milyon 784 min manat cəmi öhdəliklərə və 8 milyon 944 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















