ABŞ-da durğunluq xofu artıb
ABŞ-da gəlir əyrisinin tərsinə dönməsi durğunluq narahatlığına səbəb oub. Dünən açıqlanan statistik göstəricilərdən sonra qorxular daha da artıb. Bu şəraitdə səhmlər satış təzyiqi altında qalır.
"Marja" xəbər verir ki, investorlar ABŞ istiqraz bazarlarındakı kəskin hərəkətlər zamanı nə edəcəklərini və bu hərəkətlərin ABŞ iqtisadiyyatı haqqında nə ifadə etdiyini müəyyən etməyə çalışırlar.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
ABŞ-ın 10 illik istiqrazının gəlirliliyi həftənin əvvəlində 15 ayın ən aşağı səviyyəsi olan 2.377%-ə qədər düşdükdən sonra 2.432%-ə yüksəlib. Ancaq qısamüddətli istiqrazların gəlirliliyi uzunmüddətli istiqrazların gəlirliliyindən yüksək qalmaqda davam edir. ABŞ-ın 3 aylıq iqstirazının gəlirliliyi 2.461%-dir və bu, 10 illik istiqrazın gəlirliliyindən yüksəkdir.
Qısamüddətli istiqrazların uzunmüddətli istiqrazlardan daha çox gəlir gətirməsi gəlir əyrisinin tərsinə çevrilməsi adlanır. Ötən 50 ildə ABŞ-da baş verən bütün durğunluqlar ərəfəsində görülən bu hal sonuncu dəfə keçən həftə Cümə günü baş verib və investorlarda narahatlıq yaradıb. Gəlir əyrisinin tərsinə dönməsilə səhm bazarlarından "qaçış" müşahidə edilib.
Bəzi investorlar səhm bazarlarının toparlanacağını düşünürlər. Ancaq dünən açıqlanan göstəricilər hər kəs üçün ümidverici deyildi.
ABŞ-da yeni mənzil tikintiləri Fevral ayında proqnozlardan aşağı artıb və təxminən iki ilin ən aşağı səviyyəsinə düşüb. İstehlakçı inam indeksi gözləntilərin əksinə azalma qeyd edib.
ABŞ iqtisadiyyatı ilə yanaşı, dünyanın böyük iqtisadiyyatlarında - Çin, Avropa və Yaponiya iqtisadiyyatlarında da artım yavaşlayır. ABŞ və Çin arasındakı ticarət gərginliyi və Brexit kimi faktorlar iqtisadiyyatlar üzərində təzyiq yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























