Nizamnamə kapitalından ən yaxşı istifadə edən banklar məlum olub
Azərbaycanda fəaliyyət göstərən 30 bank ötən il 279,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 520,126 milyon manat məbləğində nizamnamə kapitalının 6,2%-i qədərdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2018-ci ildən mənfəətlə çıxmış 25 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 43,4%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 5-ci bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) tutub. Bu bank ötən il nizamnamə kapitalının 34,3%-i qədər mənfəət əldə edib. Qeyd edək ki, ABB kapitalının məbləğinə görə, ölkədə liderdir.
3-cü yerə isə 30,8%-lik göstərici ilə "AFB Bank" ASC çıxıb. Xatırladaq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, Azərbaycanda 17-cidir.
Mənfəətlə işləmiş qalan 22 bankdan 5-də sözügedən göstərici 10-25% arasında, 13 bankda 1-10% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Kapital Bank | 43,4% |
2 | Azərbaycan Beynəlxalq Bankı | 34,3% |
3 | AFB Bank | 30,8% |
4 | Unibank | 24,1% |
5 | PAŞA Bank | 23,1% |
6 | Premium Bank | 15,4% |
7 | Xalq Bank | 12,3% |
8 | Bank Avrasiya | 10,4% |
9 | Yapı Kredi Bank Azərbaycan | 9,7% |
10 | Naxçıvan Bank | 8,0% |
11 | Azərbaycan Sənaye Bankı | 6,6% |
12 | Bank of Baku | 6,6% |
13 | AGBank | 5,2% |
14 | Rabitəbank | 3,1% |
15 | Bank Respublika | 2,9% |
16 | İran Milli Bankı - Bakı | 2,9% |
17 | Zıraat Bank Azərbaycan | 2,8% |
18 | Günay Bank | 2,0% |
19 | NBC Bank | 1,8% |
20 | Muğan Bank | 1,5% |
21 | Bank BTB | 1,1% |
22 | Azər-Türk Bank | 0,3% |
23 | Turan Bank | 0,1% |
24 | Atabank | 0,1% |
25 | Pakistan Milli Bankı - Bakı | 0,0% |
26 | "Access Bank" | -11,1% |
27 | Express Bank | -17,3% |
28 | Amrah Bank | -31,5% |
29 | Nikoyl Bank | -38,9% |
30 | Bank VTB Azərbaycan | -79,3% |
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 39 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























