PAŞA Bank növbəti dəfə S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru oldu
® Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank ardıcıl olaraq üç ildir ki, Bakıda keçirilən S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru qismində çıxış edir.
Tədbirin əsas məqsədi iş mühitində və ümumilikdə cəmiyyətdə gender bərabərliyinin təşviq edilməsi üçün effektiv bir platforma yaratmaq, eləcə də, iqtisadiyyatın müxtəlif sahələrində qadınların iş fəaliyyətlərində üzləşdiyi aktual çətinlikləri müzakirə etməkdir.
Bu ilki konqresdə dünyanın 14 ölkəsindən bank, sığorta, fərdi sahibkarlıq, İKT, hüquq və məsləhət xidmətləri sahəsindən 500-dən çox işgüzar xanım nümayəndə iştirak edib. Tədbirdə çıxış edən spikerlər uğurlu karyera qurmaq, iş və ailə həyatı arasındakı balansın saxlanılması sirləri, gender stereotiplərinin aradan qaldırılması haqqında həyat təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin əsas müzakirə mövzusu müasir dövrdə ən son tendensiyaların formalaşması və dəyişikliklərin idarə edilməsi bacarıqlarının inkişafı oldu.
PAŞA Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova öz çıxışında qeyd etdi ki, istənilən müasir şirkətin əhatəli və davamlı inkişafının əsasında kollektivdə gender bərabərliyinin təmin edilməsi əhəmiyyətli rol oynayır.
“Müasir işgüzar qadının qarşısında duran ən böyük çətinlik ondan ibarətdir ki, özünə və cəmiyyətə sübut etsin ki, kişilərlə bərabər qarşıda duran məqsədlərə və nəticələrə nail olmağa qadirdir. PAŞA Bankda biz kollektivimizin təxminən 40%-ni təşkil edən xanımların peşəkar bacarıqlarının və karyeralarının inkişaf etdirmələri səylərini dəstəkləyirik. Bu faktı da nəzərə alaraq onu deyə bilərəm ki, PAŞA Bankın yerli bazarda 10 ildən çox olan fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdə Bankın qadın əməkdaşlarının danılmaz rolu olmuşdur”, – deyə S. Abbasova fikrini tamamladı.
Qeyd edək ki, Beynəlxalq Qadınlar konqresi - S.H.E hər il "Azərbaycanın 100 işgüzar qadınları" icması tərəfindən təşkil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)



.jpg)
