Böyük Britaniya Parlamenti Brexit müqaviləsini rədd etdi
Böyük Britaniya Parlamenti, Brexit müqaviləsini 149 səs fərqlə, 242-yə qarşı 391 səslə rədd edib.
"Marja" xəbər verir ki, 242 vəkil müqavilənin lehinə, 391 vəkil müqavilənin əleyhinə səs verib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Böyük Britaniyanın Baş naziri Theresa May, səsvermənin ardından verdiyi açıqlamada, "Parlament sabah müqaviləsiz Brexit-i səsverməyə çıxaracaq, müqaviləsiz Brexit Birliyə zərər verəcəkdir. Brexiti təxirə salmaq üçün səsvermə isə Cümə günü keçiriləcək" deyib.
Müqavilə 15 Yanvardakı ilk səsvermədə də rədd edilmişdi.
Baş nazir Theresa May, Şimali İrlandiya sərhədinə dair tədbir maddəsi səbəbilə qarşı çıxılan müqavilənin mətnini dəyişdirə bilməmiş, ancaq maddənin istifadə şərtlərinə aydınlıq gətirən bir ortaq sənəd üzərində Avropa Birliyi ilə razılaşmışdı.
Maddəyə qarşı çıxanlar, bu yeni sənədin hər hansı bir yenilik gətirmədiyini, yalnız müqavilə mətninin bir şərhi olduğunu bildirir.
Parlamentdə bu gün müqaviləsiz ayrılıq, cümə günü isə Brexit tarixinin təxirə salınması variantlarını səsverməyə çıxarılacaq.
Yelisey Sarayından "Paris, İngiltərənin etibarlı və alternativ bir strategiyası olmadan Brexit tarixinin təxirə salınmasını heç bir halda qəbul etmir" açıqlaması verilib. Almaniyanın Xarici İşlər Naziri Heiko Maas da "Bu qərarla müqaviləsiz ssenariyə daha çox yaxınlaşırıq" - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




