Azərbaycanda 9 bankın depozit portfeli azalıb
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun depozit portfeli illik müqayisədə azalıb.
Bunlar "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Azərbaycan Beynəlxalq Bankı", "AFB Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (34,1%), ən az azalma isə "Nikoyl Bank"da (0,2%) qeydə alınıb.
21 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (3,2 dəfə), "Zıraat Bank Azərbaycan"da (0,4%) baş verib.
4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 079,844 milyon manat), "PAŞA Bank" (3 923,288 milyon manat), "Kapital Bank" (2 948,259 milyon manat) və "Xalq Bank"dır (1 259,412 milyon manat).
Qalan 26 bankdan 4-nün depozit portfeli 0,5 - 1 milyard manat arasında, 15 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 5 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 2 bankın - İran və Pakistan Milli Banklarının Bakı filiallarının depozit portfelləri isə müvafiq olaraq 8,459 milyon manat və 1,382 milyon manatdır.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© "Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 11 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
16 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
16 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
























