Əksər şirkətlərin üstünlük verdiyi “PAŞA Həyat”ın sığorta məhsulu

(®) İş zamanı baş verəcək hadisələrdən işçilərinizi sığortalayın – İcbari Həyat Sığortası
İstehsalatda bədbəxt hadisə haqqında qanuna əsasən işə götürənlər işçiləri qarşısında öz məsuliyyətini sığortalayır və iş zamanı hər hansı bədbəxt hadisə baş verərsə həmin işçiyə təzminatı artıq məhkəmə qərarı ilə müəssisə yox, sığorta şirkəti ödəyir. İşə götürənlər dedikdə isə AR-da fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları nəzərdə tutulur. Bu sığorta növü isə İcbari Həyat Sığortası məhsuludur.
Yalnız xüsusi rütbə daşıyan dövlət orqanlarının əməkdaşları bu sığorta növünə cəlb olunmur.
İcbari Həyat Sığortası üstünlükləri nədir?
Bu sığorta məhsulunun işə götürən üçün də üstün cəhətlərləri ondan ibarətdir ki, bu qanuna qədər zərərçəkmiş işçiyə təzminatı məhkəmə qərarına əsasən işəgötürən ödəyirdisə, artıq işəgötürə bu cür maddi xərclərdən də özünü sığortalamış olur. Belə ki, işçi heyətini icbari həyat sığorta növü üzrə sığortalayır, kiçik sığorta haqqı ödəyir və böyük maliyyə risklərindən müəssisəni sığortalamış olur.
Sığorta tarifi necə hesablanır?
Sığorta tarifi peşə riskinin dərəcəsindən və sığorta olunanların işlədiyi fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Belə ki, qulluqçular üçün (rəhbərlər, mütəxəssislər) illik əmək haqqı fondunun 0.2-0.5% qədər. Fəhlələr üçün illik əmək haqqı fondunun 0.4 - 2.0% qədər hesablanır.
Hansı bədbəxt hadisələrdə ödəniş ala bilərəm?
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə istehsalat prosesində baş verən və “İstehsalatda bədbəxt hadisə haqqında akt”la və ya məhkəmənin müvafiq qərarına əsasən bədbəxt hadisə kimi təsdiq edilən hadisə icbari həyat sığortası üçün ödəniş almağınıza səbəb ola bilər.
Sığorta ödənişini neçə gün ərzində ala bilərəm?
Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verərək ödəniş həyata keçirilir.
Tel: (012) 942
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
