Azərbaycanda ilk dəfə ödəniş BOT-u E-Pul.az tərəfindən təqdim edildi
(®) “PAYSİS” MMC müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına xüsusi önəm verərək, növbəti yeniliyini təqdim edib.
Şirkətin yaydığı məlumata görə, mobil, stasionar və ya kommunal ödənişlərin təcili yerinə yetirilməsi üçün artıq şəxsi məlumatlara çıxış tələb edən xüsusi proqramlara və saytların əlverişsiz mobil veb interfeysinə ehtiyac yoxdur. Facebook Messenger istifadəçiləri E-Pul.az ödəniş sisteminin yeni E-Pul.az Mesencer-Bot-u ilə ünsiyyət qurub, onun vasitəsi ilə ödənişləri yerinə yetirə, həmçinin, xidmət ilə bağlı suallarını verə bilərlər.
E-Pul.az Bot şəkildəki QR kod ilə dostluğa əlavə etmək olar. Bu, İOS üçün sadəcə kamera, Android üçün xüsusi proqram ilə şəklini çəkməklə reallaşır və ya Messenger əlavəsində E-Pul.az səhifəsini axtarış hissəsindən taparaq, ora keçid etmək lazımdır. “Əsas Menyu” hissəsindən “Mobil Ödənişlər”, “Stasionar telefon” və ya “Kommunal ödənişlər” etmək mümkündür.
PAYSIS MMC-nin Mətbuat xidmətindən verilən məlumata əsasən, yaxın gələcəkdə BOT tətbiqində, Masterpass xidməti mövcud olacaq, həmçinin BOT Telegram, Viber və WhatsApp kimi tətbiqlərə integrasiya olunacaq.
Azərbaycanda banklardan biri pul köçürmələri üzrə BOT-la təmin edilib, bütövlükdə isə ödəniş botu texnologiyası əvvəllər bazarda tətbiq olunmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)


