"Müddətin uzadılması, faizlərin silinməsi manatla kreditlərə də şamil olunacaq"
“Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın ikinci hissəsi bütövlükdə bu gün əhalinin banklar qarşısında mövcud olan borclarının həllinə yönəlib”.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov “Real Tv”yə müsahibəsində bildirib.
“Bu gün banklar qarşısında vaxtı bir ildən çox, yəni 365 gündən çox keçmiş kreditlər varsa və bu kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdisə, bunun üçün də fərmanda mexanizm nəzərdə tutulub. Banklar əhaliyə yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Kreditlərin müddəti 5 ilə qədər uzadılacaq. Fiziki şəxslərə 1 il güzəştli dövr veriləcək. Bu o deməkdir ki, fiziki şəxslər artıq yeni müqavilə üzrə öhdəliklərini güzəşt alacaqlar, onlar öhdəliklərini ikinci ildən həyata keçirməyə başlayacaqlar. Eyni zamanda, bu günə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək, yəni sıfırlanacaq. Eyni zamanda, yeni müqavilə üzrə kredit faizləri cəmi illik 1%-ə endiriləcək. Görürsünüz ki, bu faizlər çox aşağıdır. Bu gün banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərindı olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Əhali növbəti 5 ilə çox aşağı faizlə, silinmiş faizlə öz öhdəliklərini icra edə biləcəklər”, -deyə R.Orucov vurğulayıb.
AMB rəsmisi əlavə edib ki, problemli kreditlərin restrukturizasiyası üzrə, yəni yeni müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla kreditlərə də şamil olunacaq: “Yəni, məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq. Yəni, kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək”.
R.Orucov qeyd edib ki, ilkin hesablamalara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən ümumilikdə 900 minə yaxın vətəndaş faydalanacaq: “İlkin məlumata görə, məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan, xarici valyutada krediti olan təqribən 450 minə yaxın insan bu fərmanın birinci hissəindən faydalanacaq. Fərmanın ikinci hissəsindən isə vaxtı keçmiş kreditlərə görə isə 400 min borcalan faydalanacaq”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 5 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
10 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
10 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















