Qlobal bazarlar Fed sədrinin çıxışını gözləyir - DOLLAR UCUZLAŞA BİLƏR
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Pauell) bu gün Bakı vaxtı ilə saat 19.00-da ABŞ Senatının Bank komitəsində pul siyasəti təqdimatını edəcək. Pauellin sual-cavab hissəsində verəcəyi mesajların bazarlar üzərində təsirli olması gözlənilir.
"Marja" xəbər verir ki, Fed son olaraq aşağı inflyasiya və kənardakı risklərə diqqət çəkərək faiz artırılması məsələsində səbrli olacağını bildirmişdi.
Bazar iştirakçıları Pauelin çıxışında "faizin daha yavaş artırılması" ifadələrini davam etdirib-etdirməyəcəyinə, balansın azaldılmasının yaratdığı çətinliklərə və iqtisadiyyata dair fikirlərinə diqqət yetirəcəklər.
Analitiklər bildirirlər ki, Fed sədri faiz artırmaq məsələsində səbrli olacaqlarını təkrar vurğulaya bilər.
Pauellin təmkinli mesajlar verməsi, səbrli mövqe zəruriliyini vurğulaması, iqtisadi inkişafda risklərin aşağı istiqamətli olacağı və ya daha az faiz artırımı olacağı şəklindəki açıqlamalarının dolların düşməsinə səbəb ola biləcəyi qeyd edilir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
















.jpg)



