"Bizim qərar banklar üçün deyil, vətəndaşlarımız üçün olacaqdır"
“Problemli kreditlərin həlli sadə məsələ deyil. Bir sıra dövlətlər bunu elan etdikdən sonra icra edə bilməyib. Biz elə bir qərar qaəbul etməliyik ki, onu icra edə bilək”.
“Marja”nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, veriləcək qərar yüz minlərlə vətəndaşı sevindirəcəkdir:
“Bu baxımdan müxtəlif dövrlərdə olan borclar, o borcların kateqoriyaları, borcların məbləği, borcalanların statusu (hüquqi və fiziki şəxs olması) barədə məlumatlar toplanıb və ətraflı təhlil edilib. Mən inanıram ki, qısa müddət ərzində, yaxın günlərdə yekun qərar veriləcəkdir. Bir neçə versiya müzakirə olunur, hər bir versiyanın mənfi və müsbət tərəfləri müzakirə edilir. Cənab Prezidentin qarşımıza qoyduğu əsas tələb ədalətli olmağımızdır, sosial ədalət prinsipinin gözlənilməsidir və vətəndaşlarımız üçün bu qərarın qəbul edilməsidir. Bu cür qərarlar bir sıra ölkələrdə banklar üçün qəbul edilib - banklar öz borclarını bir şəkildə restrukturizasiya edirlər və ya bir şəkildə problemli öhdliklərini dövlətin üzərinə qoumağa çalışırlar. Amma cənab Prezidentin ismarıcı budur ki, bizim qərarımız vətəndaşlarımız üçün olacaqdır, banklar üçün deyil. Yekun müzakirələr mərhələsindəyik. Müvafiq qərar yüz minlərlə vətəndaşımızı sevindirəcəkdir, onların imkanına, rifahına çox müsbət təsir göstərəcəkdir”
"BU MƏSƏLƏNİN HƏLLİ İLƏ VƏTƏNDAŞLARIN MALİYYƏ YÜKÜ AZALDILACAQ"
Xəbər verdiyimiz kimi, bu gün iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezident İlham Əliyev bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır:
“Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
7 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
7 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
7 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı






















