Bakı metropoliteninə 7 yeni ventilyator gətirilir
Cari il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. Bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və Bakı metropoliteninin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb.
Bu barədə “Marja”ya "Bakı Metropoliteni"ndən bildirilib.
Qeyd edilib ki, həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində “Ventprom”un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.
“Bakı Metropoliteni” QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb.
Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib.
Ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı meropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Bu ventilyatorlar istismardan çıxarılan avadanlıqlarla müqayisədə quraşdırılacağı tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Əvvəlki avadanlıqlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 m3/saniyədir.
Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.
Bu yeniliklər dövrün tələbinə çevrilib. Müqayisə üçün qeyd edək ki, həmin avadanlıqların quraşdırıldığı dövrə nəzərən metropolitendən istifadə edən sərnişinlərin sayı əsaslı şəkildə artıb. Bundan savayı, qatarların, eləcə də tunel və stansiya avadanlıqlarının sayı da çoxalıb, qatarların hərəkəti intensivləşib. Nəticədə ayrılan istiliyin miqdarı da artıb. Bütün bunlar havalandırma sisteminin yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradıb.
Bununla yanaşı, 2019-cu ildə daha bir mühüm addım atılaraq, tunel və stansiyaların təbii havalandırılması istiqamətində də yeni layihəyə start veriləcək. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı metropolitenində tətbiqi imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bu monitorinqin nəticəsində yekun qərarlar veriləcək və 2019-cu ildən bu istiqamətdə də əhəmiyyətli addımlar atılacaq.
İstismar müddətini başa vurmuş avadanlıqların yenilənməsi ilə yanaşı, müasir dövrün tələblərinə cavab verən sistemli addımların atılması dərinləşdirilir. 2018-ci ilin mart ayında “Bakı Metropoliteni” QSC-də tarixi addım atılaraq, ventilyatorların iş qrafiki dəyişdirilib və tam yeni əsaslarla qurulub. Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə - aprel və noyabr aylarında dəyişdirilirdisə, 2018-ci ildən mövsümi qrafiklərin tətbiqinə başlanılıb. Nəticədə ilin isti günlərində stansiyalarda, tunellərdə hərarətin 1-3 dərəcə aşağı salınmasına nail olunub. Qrafikin yeni əsaslara keçidi ilə yanaşı, davamlı olaraq, stansiya və tunellərdə mikroiqlim şəraitinin bir neçə aspektdən (havanın hərarəti, oksigenin miqdarı, rütubət göstəriciləri, havanın axın istiqamətləri) monitorinqləri aparılaraq, yeni qrafikin təhlil olunur. Təkcə onu qeyd etmək olar ki, ölçmələr hər stansiyanın 15-20 nöqtəsində aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
11 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















