14 bank ötən il xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-ü ötən il xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.
Bunlar Pakistan və İran Milli Banklarının Bakı filialları, "Bank Avrasiya", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "AGBank", "AFB Bank", "PAŞA Bank", "Atabank", "Premium Bank", "Access Bank", "Unibank", "Bank of Baku" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB).
Adı çəkilən banklar ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxından ən yüksək göstərici ABB-də (130,294 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (117 min manat) qeydə alınıb.
Qalan 16 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Ən çox ayırma "Bank VTB Azərbaycan"da (218,8 milyon manat), ən az ayırma isə "Naxçıvan Bank"da (110 min manat) qeydə alınıb.
6 bankın xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın ötən il xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Express Bank", "Nikoyl Bank", "Zıraat Bank Azərbaycan", "Yapı Kredi Bank Azərbaycan", "Kapital Bank və "Günay Bank"dır. Ən yüksək dinamika "Express Bank"da (52,2 dəfə), ən aşağı dinamika isə "Günay Bank"da (71,5%) qeydə alınıb.
7 bankın - "Amrah Bank", "Xalq Bank", "NBC Bank", "Turan Bank", "Bank Respublika", "Muğan Bank" və "Rabitəbank"ın isə xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsaitin məbləği azalıb. Ən çox azalma "Rabitəbank"da (72,6%), ən az azalma isə "Amrah Bank"da (26,3%) baş verib.
2 bank - Pakistan Milli Bankının Bakı filialı və "Naxçıvan Bank" xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini müvafiq olaraq 13 dəfə və 3,2 dəfə artırıb, 3 bank - "Azər-Türk Bank", "Azərbaycan Beynəlxalq Bankı" və İran Milli Bankının Bakı filialı və "Bank BTB" isə xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini müvafiq olaraq 35,1%, 52% və 90,9% azaldıb.
10 bank - "Access Bank", "AFB Bank", "AGBank", "Atabank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank of Baku", "PAŞA Bank", "Premium Bank" və "Unibank" ötən il xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb, əvvəlki il isə ayırıb, 2 bank - "Bank BTB" və "Bank VTB Azərbaycan" isə ötən il xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb, əvvəlki il isə ayırmayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasına hesablamaq mümkün olmayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)


