Tehranda 180 restoran bağlanıb
Ətin və digər ərzaq mallarının bahalaşması ilə əlaqədar son bir neçə ay ərzində Tehranda 180 restoran bağlanıb. “Tasnim” xəbər agentliyi xəbər verir ki, ölkədə inflyasiya və qiymətlərin hər ay yüksəlməsi restoranlara gedənlərin sayının kəskin azalmasına səbəb olub.
İran Restoranlar Birliyinin sədri Əli Əsgər Mirrəhimi bildirib ki, yağın, toyuq və mal ətinin, tomat pastasının, dənli və paxlalı bitkilərin qiymətlərinin artması restoran biznesi ilə məşğul olanların işini çətinləşdirib. Ərzaq mallarının topdansatış qiymətlərinin bahalaşması restoranlarda da qiymət artımına səbəb olub ki, nəticədə müştərilərin sayı xeyli azalıb. Tehranda lisenziya ilə fəaliyyət göstərən 700 restorandan 180-i fəaliyyətini dayandırıb. Həmin restoranların sahibləri lisenziyalarının ləğv olunması üçün müvafiq strukturlara müraciət ediblər.
Qeyd edək ki, son günlər İranda mal ətinin bir kiloqramının qiyməti 1 milyon rialı (23,8 dollar) ötüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
46 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
50 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























