“Azərbaycan Dəmir Yolları”na əlavə tapşırıqlar verildi
Bu gün Prezident İlham Əliyevin imzaladığı Fərman ilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişikliklər edilib.
Dəyişkliyə görə, məzmunda 2.1-1-ci və 2.6-1-ci bəndlər əlavə edilib:
“2.1-1. Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarını, dəmir yolu nəqliyyatı haqqında nizamnaməni, dəmir yolu nəqliyyatının texniki istismar qaydalarını, dəmir yolu nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimatı, dəmir yolu nəqliyyatının siqnalizasiya təlimatını, dəmir yolu nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını, dəmir yolu nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını, dəmir yolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarını, dəmir yolu keçidlərinin istismarı qaydalarını, ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;”;
“2.6-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dəmir yolu nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) aktual qrafik təsvirinin altı ay müddətində müəyyənləşdirilməsini təmin etsin.”.
Həmçnin Fərmada deyilir:
2.2-ci bənddə “2016−2020-ci” sözləri “2019−2023-cü” sözləri ilə əvəz edilsin.
Aşağıdakı məzmunda 2-1-ci və 2-2-ci hissələr əlavə edilsin:
“2-1. Müəyyən edilsin ki, dəmir yolu nəqliyyatında texniki istismar və hərəkətin təhlükəsizliyinə dair qaydaları (bu Fərmanın 2.1-1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmalı hallar istisna edilməklə) Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti:
2-2.1. dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının hazırda mövcud olmalı hüdudları barədə məlumatları üç ay müddətində, bu Fərmanın 2.6-1-ci bəndinə əsasən müəyyən ediləcək qrafik təsvirin bəzi hissələrində dəyişiklik edilməsinə əsas olan hallar baş verdiyi gündən belə dəyişiklik barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2-2.2. bu Fərmanın 2-1-ci hissəsinə uyğun olaraq dəmir yolu nəqliyyatında texniki istismar və hərəkət təhlükəsizliyinin təşkili ilə bağlı təkliflərini mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















