Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
- Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 28-nə USD/AZN rəsmi məzənnəsini 1.7475 manat səviyyəsində açıqladı.
- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşdüyü müşahidə olundu, Dollar əsasən 1.78-1.80 səviyyələrindən satıldı.
- Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında 0,2% möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların alış və satış məzənnələri düşməkdə davam etdi, baxmayaraq hərracda Dollar az da olsa bahalaşmışdı. Bir neçə bank da Dolların alış və satış qiymətlərini aşağı saldılar.
-İş gününün sonuna yaxın məlum oldu ki, bu gün hərraca 35 milyon dollar çıxardılıb və hərraca çıxarılan vəsaitin 34,12 milyon dolları və ya 97,5%-i satılıb.
- Axşam saat 17:05-də Mərkəzi Bank 01.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7515 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyədən cüzi yüksək idi.
Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların daha sürətlə bahalaşacağını hesab edir.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə dövriyyədəki izafi manat kütləsini çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır. Bu səbəbdən də banklar bu gün hərraca çıxarılan dolları tam ala bilməyiblər.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
