“Korporativ maliyyə” (peşəkar) təlimi - qeydiyyat başlayıb
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində “Korporativ maliyyə” (peşəkar) təlimi üzrə qeydiyyat davam edir!
Təlim proqramı şirkətlər tərəfindən investisiya və maliyyə qərarlarının qəbulu üçün istifadə olunan təhlil alətlərini təqdim edir. Korporativ maliyyə prosesi çərçivəsində şirkətlər hansı uzun və ya qısa müddətli layihələrə investisiya etməsini müəyyən edir. Təhlil zamanı gözlənilən gəlirlilik və kapitalın qiyməti nəzərə alınmalı, kapitalın qiyməti illərlə təsdiqlənmiş yollar ilə hesablanmalıdır. Korporativ menecerlər eyni zamanda daha qısa müddətli likvidliyi və dayaqlığı diqqətə almalıdılar. Təlimin nəticəsi olaraq Siz korporativ maliyyənin aparılmasında tələb olunan analitik bilgilər vasitəsilə maliyyə təhlilini peşəkar şəkildə apara biləcəksiniz.
Təlimin başlama tarixi: 25 mart 2017-ci il
Dərs günləri: Cümə axşamı və şənbə
Vaxt: 1) Şənbə günləri: 14:00 – 16:00
2) Cümə axşamları: 19:00 – 21:00
Təlim proqramı aşağıda göstərilən mövzuları əhatə edir:
1. Pulun zamana görə dəyəri və statistik konsepsiya;
2. “Korporativ maliyyəyə giriş;
3. Kapitalın dəyəri;
4. Kapitalın strukturlaşdırılması;
5. Leverecin ölçülməsi;
6. İşlək kapitalın idarə edilməsi;
7. Divident siyasəti;
8. Birləşmələr və satınalmalar;
9. Korporativ idarəetmə Təlimçi: Leyla Yusifzada, CFA http://www.fmtc.az/az/telimciler/23
Təlimin ümumi qiyməti – 335 AZN Təlim müddəti: 18 saat * Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür * Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə və tələbələrə endirimlər tətbiq edilir.
Kursa daxildir: - tədris vəsaitləri, - təlimin sonunda imtahan, - sertifikat, - çay - kofe fasilələri.
Qeydiyyatdan keçmək və təlim haqqında ətraflı məlumat üçün: http://cmtc.gov.az/az/korporativ-maliyye-kursu
Təlimlə bağlı hər hansısa sual yaranarsa bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın: Ünvan: Nəsimi ray, Sahib Zeynalov küç. 9/7 E-mail: [email protected] Telefon: (+994 12) 498 16 77 (+994 70) 272 99 79 (+994 55) 672 99 79
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
-
2 saat əvvəl
"Legion Financial” şirkətinin 220 000 manatlıq yeni səhmlərini 3 investor əldə edib
-
-
3 saat əvvəl
İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib
- 3 saat əvvəl
-
3 saat əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
4 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
4 saat əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
Ən çox oxunanlar
ABB-dən “Fayda Max Abunəlik” proqramı
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti






















