Hər il Avropada 825 milyard avro vergidən yayındırılır
Avropa İttifaqı ölkələrində hər il, ümumilikdə, 825 milyard avro vergidən yayındırılır.
Bu barədə məlumat Avropa Parlamentində təmsil olunan sosial-demokratların təqdim etdiyi araşdırmada əks olunub. Britaniyalı iqtisadçı Riçard Merfi tərəfindən hazırlanmış hesabatda Aİ-nin 2015-ci il üçün statistik göstəriciləri, Beynəlxalq Valyuta Fondu və bir sıra akademik tədqiqatların materiallarına istinad edilib.
Vergilər üzrə ekspert Merfi araşdırmasında göstərir ki, vergidən yayınanlar vergi ödəməyin qarşısını müxtəlif üsullarla alanlardan qat-qat çoxdur. Vergidən yayınanların əsas qismi bunu qeyri-qanuni şəkildə və “kölgə iqtisadiyyatı“nın köməyi ilə həyata keçirdiyi halda, ikinci qrup qanunvericilikdəki boşluqlardan məharətlə istifadə edir və qanuni şəkildə vergi ödəməkdən yaxasını kənara çəkir. İkinci qrupda əsas etibarilə beynəlxalq şirkətlər yer alır. Ən aşağı dərəcəli vergi tətbiq edən ölkələrdə öz nümayəndəliklərini açan bu şirkətlər hər il ödənilməli olan təxminən 50-190 milyard avro vəsaitə qənaət edirlər.
Avropada ən çox vergidən yayınma halları İtaliyada qeydə alınır. Bu ölkədə hər il orta hesabla 190,9 milyard avro vəsait vergidən yayındırılır. Növbəti yerdə isə 125,1 milyard avro ilə Almaniya dayanır.
Hesabatda, həmçinin göstərilir ki, vergidən yayınmaya əsas yol açan sahələrdən biri nağd ödənişli iqtisadiyyatın geniş yayılmasıdır. Digər səbəblər arasında əmək bazarında, xüsusilə də tikintidə işçilərin qanunsuz işlədilməsi, bir sıra sahələrdə isə (ev qulluqçuları, repititorlar, dayələr və s.) xidmətlərin ənənəvi şəkildə birbaşa hesablaşma qaydasında aparılması dayanır.
Beynəlxalq konsernlərin qanunvericilikdəki boşluqlardan istifadə edərək, ümumiyyətlə, vergitutulmadan qanuni şəkildə azad olması və ya onların aşağı dərəcəli vergi tətbiq edən ölkələrdə qeydiyyatdan keçməsi də diqqət mərkəzindədir. Avropa Parlamentində demokratlar fraksiyasının sədri Udo Bullman Avropa İttifaqında iri şirkətlərə tətbiq olunan effektiv vergi dərəcəsini hazırki təxminən 15 faizdən 18 faizədək yüksəltməyi tələb edib. Eyni zamanda, internet nəhənglərinin Avropada əldə etdikləri gəlirlərə rəqəmsal verginin tətbiq olunması da müzakirə mövzusudur. Lakin belə şirkətlərə ev sahibliyi edən İrlandiya kimi dövlətlər bu verginin tətbiq edilməsi üçün Ümumavropa razılaşmasının əldə edilməsinə imkan vermir.
Hesabat müəllifi vergidən yayındırılan vəsaitlərin 2012-ci illə müqayisədə (935 milyard avro) 11,8 faiz azalmasını müsbət hal kimi səciyyələndirsə də, bu sahədə görülməli işlərin çox olduğunu da qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
9 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
11 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)



.jpg)








