“Bank Avrasiya” 2018-də daha da böyüyüb, ili mənfəətlə bağlayıb
“Bank Avrasiya” ASC 2018-ci ili 5 milyon 182 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Bank Avrasiya”nın cəmi gəlirləri 13 milyon 509 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 85 min manat, qeyri-faiz gəlirləri 1 milyon 425 min manat təşkil edib.
2017-ci ildə “Bank Avrasiya”nın cəmi gəlirləri 15 milyon 937 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 623 min manat, qeyri-faiz gəlirləri 3 milyon 314 min manat təşkil etmişdi.
İllik müqayisədə “Bank Avrasiya”nın cəmi faiz və qeyri-faiz xərcləri 4,3% artaraq 7 milyon 406 min manatdan 7 milyon 725 min manata yüksəlib. Faiz xərcləri 2 milyon 772 min manatdan 2 milyon 720 min manata düşüb, qeyri-faiz xərcləri isə 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb.
Ötən il “Bank Avrasiya”nın faiz və qeyri-faiz xərclər xaric gəliri (əməliyyat mənfəəti) 5 milyon 785 min manat təşkil edib. Həmçinin, depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan azad olmuş 693 min manat mənfəətə əlavə edilib və cəmi mənfəət 6 milyon 478 min manata yüksəlib. Mənfəətdən 1 milyon 297 min manat mənfəət vergisi ödənilib. Yekundan “Bank Avrasiya” 2018-ci ili 5 milyon 182 min manat xalis mənfəət ilə bağlayıb. Bank 2017-ci ili də xalis mənfəət ilə başa vurmuşdu (6 milyon 350 min manat).
Qeyd edək ki, depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın azad olması Bankda kredit riskinin və problemli kreditlərin azaldığına işarədir.
BANK BÖYÜYÜB
2017-ci illə müqayisədə 2018-ci ildə “Bank Avrasiya”nın cəmi aktivləri 16 milyon 414 min manat və ya 10,8% artaraq 167 milyon 637 min manata yüksəlib. Bank 2017-ci ilin sonunda 151 milyon 223 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
İllik müqayisədə Bankın müştərilərə verdiyi kreditlər 13 milyon 681 min manat və ya 16% artaraq 99 milyon 6 min manata çatıb. Qiymətli kağızlara investisiyalar isə 23 milyon 581 min manatdan 34 milyon 157 min manata qalxıb (44,8% artım).
HESABLARDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB
2017-ci illə müqayisədə 2018-ci ildə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 11 milyon 111 min manat və ya 12% artaraq 103 milyon 422 min manata yüskəlib. Artım müştərilərin cari hesablarında vəsaitin artması ilə bağlıdır.
KAPİTALI MİNİMAL MƏBLƏĞDƏN YÜKSƏKDİR
Ötən il “Bank Avrasiya”nın cəmi banlans kapitalı təxminən 8,9% artaraq 64 milyon 214 min manata, məcmu kapitalı isə 9% artaraq 63 milyon 750 min manata yüksəlib. Bankın kapital adekvatlığı normadan dəfələrlə yüksəkdir. Qeyd edək ki, banklara qarşı rəsmi minimal məcmu kapital tələbinin məbləği 50 milyon manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 d. əvvəl
-
1 saat əvvəl
AccessBank 2025-ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub
-
3 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
3 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
6 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
7 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızıl daha da bahalaşdı - QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Ən çox oxunanlar
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti




















