Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi istifadəyə verildi
Yanvarın 10-da Naxçıvan şəhərindəki avtovağzal kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov bildirib ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi istifadəyə verilib. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq.
Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. Beş yaşından 10 yaşınadək olan uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür. Bu gün Bakı şəhərinə ilk reyslə 10 sərnişin yola salınır.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılıb. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.
Avtovağzalda olarkən Bakıya yola düşən sərnişinlərə yaxınlaşıb fikirlərini öyrəndik.
Türkiyə vətəndaşı Yılmaz Özcan: “İşimlə əlaqədar olaraq Bakı şəhərinə tez-tez gedib gəlirəm. Naxçıvandan Bakıya avtobusla gecə reysinin həyata keçirilməsi mənim kimi iş dalınca yollananlar üçün həm vaxta qənaət, həm də rahatlıq baxımından çox sərfəlidir. Çünki mən sabah səhər saatlarında Bakıya çatacam, işlərimi yekunlaşdırdıqdan sonra istəsəm elə həmin axşam da Naxçıvana qayıda biləcəyəm. Avtobuslarda göstərilən xidmətlərdən də razıyam”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
3 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
3 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb





















.jpg)


