ABŞ-da quyular artır, neft qalxa bilmir
Neft qiymətləri, ABŞ-da qazılan neft quyularının sayının 2015-ci ilin Oktyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxması və bunun nəticəsində ABŞ-da istehsalın artacağı gözləntilərinin güclənməsilə 60 dollara doğru bahalaşa bilmir.
Baker Hughes Inc.-ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı ötən həftə 5 artaraq 602-yə çıxıb.
Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da neft hasilatı, ötən həftə açıqlanan rəsmi məlumatlara görə, gündəlik 9 milyon barelinin üzərinə çıxaraq Apreldən bu yana ən yüksək səviyyəsinə qalxıb.
ABŞ-ın neft ehtiyatlarındakı artımlar neft qiymətlərinin bu il 50 dolların üzərində dar bir "dəhlizdə" qalmasına səbəb olub.
Analitiklər bildirirlər ki, ABŞ-ın şist nefti istehsalçıları bu nöqtədə istehsalı azaltmayacaqlar. ABŞ-da şist nefti hasilatı artdığı halda, bu vəziyyət OPEC üzvləri üçün əhəmiyyətli bir çətinlik olacaq. Çünki bu vəziyyət qiymətləri davamlı şəkildə aşağı çəkəcəkdir.
Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Qərbi Texas Neft (WTI) Nymex birjasında 54,37 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 56.34 dollardan əməliyyat olunub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)





