“Azpetrol Ltd” Caspian Energy Forum Baku – 2017-nin partnyoru olub
“Azpetrol Ltd” MMC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin məlumatına görə, “Azpetrol Ltd” MMC sıralarında dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəal iştirakçısıdır.
“Azpetrol Ltd” MMC-nin baş direktoru Ceyhun Məmmədov region üçün Caspian Energy Forum-2017 kimi əhəmiyyətli tədbiri dəstəkləməyə hazır olduqlarını ifadə edib. Onun sözlərinə görə, şirkət uzun illər ərzində Klubu dəstəkləyir, CEİBC-nin keçirdiyi biznes-forumlarda fəal iştirak edir.
“Azpetrol Ltd” MMC bazarda 1997-ci ildən fəaliyyət göstərir. “Azpetrol Ltd” MMC ən müasir, beynəlxalq standartlara cavab verən benzindoldurma və qazdoldurma stansiyalar şəbəkəsinə sahib olan və Respublikada maye yanacaq satışı bazarında öz müştərilərinə yüksəksəviyyəli xidmət göstərən yerli şirkətdir.
Caspian Energy Forum-2017-də Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurum rəhbərləri, Azərbaycan Respublikasında akkreditə edilmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları iştirak edəcəklər. Forumun işinə dünyanın 50 ölkəsindən 500 deleqat qatılacaq.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr ediləcək. İkinci sessiya Xəzər regionu ölkələrinin enerji sektorunun inkişafı mövzusunu əhatə edəcək. Üçüncü sessiya isə qeyri-neft sektorunda həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi ilə bağlı olacaq.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin partnyoru həmçinin «ASE EXPRESS & OCS, DSV» şirkətidir, sponsoru - “R.İ.S.K.” Elmi-İstehsalat Şirkətidir.
Forumda iştirak etmək üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib





















.jpg)