Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə edib
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatlarına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə etmişdir. Onlardan 95 mini tranzit reyslərin payına düşür.
Bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olmuşdur. Sutka ərzində rekord say 500 reys təşkil etmişdir.
Həmin reyslərlə ümumilikdə 26 milyon sərnişin daşınmışdır. 6 min aviareys ən iri “Airbus A380” sərnişin laynerləri vasitəsilə yerinə yetirilmişdir.
Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur. Bu ilin fevralında Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılması ölkəmiz vasitəsilə tranzit axınını xeyli artırmağa imkan vermişdir.
“Rekord göstəricilərə nail olmaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır və daha çox aviaşirkət tranzit dəhlizi kimi ölkəmizi seçir. Yüksək keyfiyyət, davamlılıq və təhlükəsizlik 2018-ci ildə davamlı inkişafımızın əsas tərkib hissəsi olmuşdur”, - AZAL-ın Prezidenti Cahangir Əsgərov bildirmişdir.
Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO "Global ATM Summit" aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan vermişdir. Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
43 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















