Nərəbalıqartırma zavodu tikilir
1956-cı ildə Neftçalanın Yenikənd kəndində tikilib istfadəyə verilən Kür Təcrübə Nərəbalıqartırma Zavodu keçən əsrin 70-80-ci illərində respublikadakı balıqçılıq sənayesi sahəsinin qabaqcıl, yenilikçi müəssisələrindən biri olmuşdu. Lakin zaman bu müəssisənin taleyi üçün də öz sözünü demişdi.
İllər keçdikcə buradakı qurğu və avadanlıqlar köhnəlib sıradan çıxmışdı. SSRİ-nin dağılması, 1990-cı illərdə respublikamızda baş verən məlum hadisələr bu prosesi daha da sürətləndirmişdi. Elə buna görə də müəssisənin əsaslı şəkildə yenidən qurulması tələb olunurdu.
Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına və investisiya müsabiqəsinin keçirilməsi qaydalarına uyğun olaraq, 31 may 2018-ci il tarixdə sözügedən müəssisənin satış üzrə investisiya müsabiqəsi elan olunmuş və 4 iyul 2018-ci il tarixdə açıq səsvermə yolu ilə "Azərbaycan Fish Farm” MMC müsabiqənin qalibi elan edilmişdir. Alqı-satqı müsabiqəsinin şərtlərinə uyğun olaraq qalib şirkətə ilkin mərhələdə 750 min manat vəsait ayrılmışdır. Bütövlükdə isə layihənin dəyəri 3 milyon 79 min manatdır.
İnvestisiya proqramına müvafiq olaraq, yeni zavodda CITES Konvensiyası (kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası) çərçivəsində nəsli kəsilməkdə olan 4 növ edemik balığın (bölgə, kələmo, nərə, uzunburun) yetişdirilməsi planlaşdırılır. İnvestisiya proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı ölkələr arasında ilk nohur açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərəcək ixtisaslaşdırılmış damazlıq təsərrüfatı olacağı gözlənilir.
Tikintiyə cari ilin sentyabrında start verilmişdir. İşin birinci mərhələsini "İnşaatçı Neftçi” görür. Tikintiyə 25-dən çox maşın-mexanizm - buldozer, qreyder, torpaqkipləşdirici texnika, ağırtonnajlı maşın cəlb edilmişdir. Usta və fəhlələrin sayı 40 nəfərdir. Onların gərgin əməyi sayəsində obyektdə indiyədək xeyli iş görülmüşdür. Hər birinin sahəsi 1 hektar olan 21 nohurun inşasında işlərin çoxu başa çatdırılmış və hazırda onları su ilə qidalandıracaq, habelə nohurlardan çıxan suyu Kür çayına axıdacaq beton kanallar, şlüzlər, qatlavanlar tikilir.
Birinci mərhələdə qapalı su servisi və inkubasiya sexində ana balıqlardan götürülən kürü təmizlənərək sürfələr alınacaq. Sürfələrin çəkisi 2-3 qrama çatanda dairəvi hovuzlara köçürüləcək və 500 qramadək böyüdükdən sonra böyük hovuzlara buraxılacaq. Balıqlar üçün yaş dövrünə uyğun olaraq yemlər yetişdiriləcək. Tikintinin ikinci mərhələsində də xarici ölkələrdən alınan avadanlıqlar quraşdırılacaq.
Yeni müəssisənin 50 hektar ərazisi var. Burada təzə inzibati bina və digər lazımi tikililər inşa ediləcək, yaşıllıqlar salınacaq. Obyektin gələn ilin payızında istifadəyə verilməsi nəzərdə tutulub.
© "Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
