“Bank BTB”dən müştərilərin işini asanlaşdıran “internet bankçılıq”!
(®) “Bank BTB”nin müştərilərin bank xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə təqdim etdiyi “internet bankçılıq” xidməti rəqəmsal bankçılığın inkişafı istiqamətində atılan ən uğurlu addımlardan biridir.
“İnternet bankçılıq” Bankda hesab açan fərdi və korporativ müştərilərə banka gəlmədən hesab üzrə balansı yoxlamaq, kart hesabına pul mədaxili, hesablar üzrə ödənişlər və xarici valyuta köçürmələri həyata keçirmək, əməliyyatlar haqqında çıxarış əldə etmək, gələcək ödənişlər üzrə tapşırıqlar hazırlamaq imkanı verir. Həmçinin, “internet bankçılıq” vasitəsilə büdcə, eyni zamanda əmək haqqı və şirkətlərlə bağlanmış müqavilələr üzrə ödənişlər həyata keçirmək mümkündür.
“İnternet bankçılıq” xidmətinə qoşulmaq üçün müştəri bankın müvafiq xidmət nöqtəsinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş istifadəçi adı və şifrə təqdim olunur. Xidmət müştərilərə bank tərəfindən pulsuz təqdim edilir.
Müştərilərin “internet bankçılıq” xidməti ilə əməliyyat aparması üçün Bankın bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. Mobil elektron imzadan istifadə etməklə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz həyata keçirmək mümkündür.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















