Nərimanov icra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib.
O bildirib ki, imtiyazlı ailələr üçün nəzərədə tutulmuş evlərin verilməsində Komisiya sədri olub: "Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətində deyildi, buna Hüquq şöbəsi baxırdı".
Hakim bildirib ki, vətəndaşların 99 faizi Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb: "Təqsirləndirilən şəxslərə qarşı 6,5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı irəli sürülüb".
Ş.İbadov qeyd edib ki, bu barədə Hüquq şöbəsindən soruşmaq lazımdır: "İcra hakimiyyəti heç kəsdən pul almayıb".
Hakim söyləyib ki, zərərçəkmişlərin bir çoxu gözdən əlillər deyil: "Elə məhkəmədə əyləşən zərərçəkmişlər də normal insanlardır. Onların ali təhsilləri və həmçinin bir neçə evləri var. Lakin həmin şəxslər gözdən əllillər üçün nəzərdə tutulan mənzillərin alınması qeydiyyatına alınıb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub?"
İcra başçısının müavini yenə də bu suala Hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazım olduğunu qeyd edib.
Sualları cavablandıran Ş.İbadov bildirib ki, icra başçısının sərəncamları 3 ildən sonra məhv edilməyib, həmin sənədlər arxivə göndərilib: "Bu hadisələr baş verən zaman cənab başçı Abdin müəllim zəng edib dedi ki, bu işlər araşdırılıb, cinayətkar tapılmalıdır. Mən Komissiya sədri olan zaman imtiyazlı ailələr evlə təmin edilib".
Daha sonra təqsirləndirilən Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu bu işlərə görə hədələyib: "Belə çıxır ki, İcra Hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, "get polisdə izahat yaz". Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb. Düzdü, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, "rəhbərliyin göstərişidir, işləri həll et".
Hakimin sözlərinə görə, N.Şıxəliyev ifadəsində söyləyib ki, göstərişi başqa şəxsdən alıb. O, "Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq", deyib: "Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təziqi altında imzalayıb".
N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.
Ş.İbadov isə şikayətlər çox olduğuna görə belə söz dediyini qeyd edib: "Heç kəsi məcbur etməmişəm. Nə də ki, ona müdaxilə etməmişəm".
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.
İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 d. əvvəl
- 30 d. əvvəl
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
-
1 saat əvvəl
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi dəyişdi - SƏRƏNCAMLAR
-
2 saat əvvəl
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Regional" BOKT-ın 16% gəlir təklif edən istiqrazlarını 54 investor əldə etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib
Ən çox oxunanlar
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Naxçıvanda duz istehsalı dayandırılıb
“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq
Putin Əliyevə zəng etdi
AFB Bank ilk dəfə kredit götürənlərə özəl “Xoş Gəldin” kampaniyası
Prezident Yardımlı üçün pul ayırdı - SƏRƏNCAM















.jpg)








.jpg)



