Dubayda “The Mall”-da Azərbaycan məhsullarını satacaq mağaza açılacaq

Dekabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb.
Dubayın ən izdihamlı rayonu olan Cümeyrədə dünyaca məşhur “Burj al Arab” və “Jumeirah Beach Hotel” mehmanxanaları ilə üzbəüz yerləşən “The Mall” ticarət mərkəzinin qarşısında dalğalanan Azərbaycan bayrağı hər bir azərbaycanlıda qürur hissi doğurmaqla yanaşı, ölkəmizin BƏƏ-də daha çox tanıdılmasına xidmət edəcək.
Bayrağın quraşdırıldığı premium sinif ticarət mərkəzi hesab olunan “The Mall”-da Əbu-Dabidəki səfirliyimizin nəzdində fəaliyyət göstərən ticarət nümayəndəliyinin ofisi, Azərbaycanın zəngin və BƏƏ sakinləri arasında sevilən mətbəxini təqdim edən restoran və kafe fəaliyyət göstərir. Yaxın günlərdə Azərbaycan məhsullarının təbliği, marketinqi, topdan və pərakəndə satışı ilə məşğul olacaq mağazanın da açılması ilə Dubayda Azərbaycan Evi layihəsi tamamlanacaq və tam gücü ilə məhsullarımızın BƏƏ bazarında artırılması istiqamətində fəaliyyət göstərəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
