Sığorta şirkəti Şirvanda nümayəndəliyini açacaq
Azərbaycan sığorta bazarının ən məhşur şirkətlərindən olan “Xalq Sığorta” nümayəndəlik şəbəkəsinin coğrafiyasını genişləndir. Belə ki, şirkətin Sumqayıt, Cəlilabad, Göyçay, Yevlax, Şəki, Tovuz, Xaçmaz nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu barədə şirkətin satış və marketinq şöbəsinin müdiri Emin Abdullayev bildirib.
E.Abdullayevin sözlərinə görə, şirkət xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə ölkə üzrə daha 7 nümayəndəliyini istifadəyə verib. Bu nümayəndəliklər vasitəsilə əhali qeyri-həyat sığortası sahəsinə aid icbari və könüllü sığorta növlərindən yararlana biləcək.
E.Abdullayev bildirib ki, “Xalq Sığorta” şirkəti Bakı ilə yanaşı regionda əhaliyə daha yaxın olmaq və onlara daha keyfiyyətli sığorta məhsulları təklif etmək məqsədi ilə növbəti həftə Şirvan nümayəndəliyinin açacaq. Bununla da, şirkətin nümayəndəliklərinin sayı 8-ə çatacaq.
Xatırladaq ki, “Xalq Sığorta” 2005-ci ildən fəaliyyət göstərir. Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.
Şirkət Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 46 187 500 manat təşkil edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
10 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















