Neft ucuzlaşmaqda davam edir
OPEC və təşkilata üzv olmayan bəzi neft istehsalçısı ölkələrin hasilatlarını azaltmaq barədə qərar vermələrinə baxmayaraq neft qiymətləri kəskin yüksəlmədi, əksinə geriləyir.
"Marja" xəbər verir ki, bu gecə Brent nefti təxminən 3% ucuzlaşaraq 59,62 dolları, ABŞ xam nefti isə 3,2% ucuzlaşaraq 50,64 dolları görmüşdü. Sonradan neft qiymətləri cüzi yüksəlmişdi.
Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, Brent nefti 0,45% ucuzlaşama ilə 59,70 dollardan, ABŞ xam nefti isə 0,4% ucuzlaşma ilə 50,81 dollardan alıcı tapıb.
İri beynəlxalq maliyyə konqlomeratlardan biri olan "Citigroup Inc", OPEC və tərəfdaşlarının hasilatlarını azaltmalarının ilk başda ehtiyatları azaldacağını və qiymətləri yuxarı istiqamətdə dəstəkləyəcəyini, ancaq bu vəziyyətin ABŞ-da istehsalın artmasına səbəb ola biləcəyini açıqlayıb.
Digər tərəfdən, ABŞ-da neft istehsalçıları 2019-da xərclərini artırmağı planlaşdırırlar.
OPEC + koalisiyanın hasilatın azaldılması barədə qərarına dair qeyri-müəyyənliklər və ABŞ-da hasilatın artmasının davam edəcəyinə dair gözləntilər investorları narahat edir. Bununla əlaqədar olaraq neft qiymətləri düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
7 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb






















