“Azercell”in səhmdarının xalis mənfəətində böyük azalma
“AzİnTelekom” 2017-ci ili 7 milyon 559 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, şirkət 2016-cı ili 10 milyon 346 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “AzİnTelekom”un xalis mənfəəti 26,9% azalıb.
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il “AzİnTelekom”un göstərdiyi xidmətlərdən gəliri təxminən 4% artaraq 38 milyon 815 min manat təşkil edib. Şirkət 2016-cı ildə 37 milyon 357 min manat gəlir əldə etmişdi.
2016-cı illə müqayisədə isə xidmətlərin maya dəyəri 47,3% artaraq 19 milyon 243 min manat təşkil edib. Nəticədə, gəlirin artmasına baxmayaraq xidmətlərin maya dəyəri yüksəldiyindən xalis gəlir 2016-cı ildəki 24 milyon 292 min manatdan 2017-ci ildə 19 milyon 572 min manat düşüb.
İnzibati və digər xərclərdən sonra “AzİnTelekom”un 11 milyon 930 min manat xalis mənfəəti qalıb. Şirkət 4 milyon 372 min manat mənfəət vergisi ödəyib. Qeyd edək ki, 2016-cı illə müqayisədə“AzİnTelekom”un inzibati və əməliyyat xərcləri də artıb.
Xidmətlərin maya dəyəri və xərclər artdığından “AzİnTelekom”un xalis mənfəəti aşağı düşüb.
Qeyd edək ki, “AzİnTelekom” “Azercell Telekom” şirkətinin səhmdarlarından biridir. Bu il Mart ayında “Fintur” şirkəti özünün “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş” (Azertel) şirkətindəki 51.3 faizlik payını 221,7 milyon avroya (430 milyon manat) Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azərbaycan Beynəlxalq Telekom" MMC-yə (AzİnTelecom) satıb. “Azertel” “Azercell”in tam səhmdarıdır.
31 Dekabr 2017-ci il tarixində "AzİnTelekom" təxminən 45 milyon manat cəmi aktivlərə malik olub. Aktivlərin 5,6 milyon manatı nağd pul olub. Şirkətin 2018-ci ildə 221,7 milyon avro ödəyərək "Azercell"in yarıdan çoxunu alması maraq doğurur.
“AzInTelecom” MMC Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, bulud əsaslı xidmətlər, Azərbaycan ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 saat əvvəl
-
-
10 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
13 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
13 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib





.jpg)




.jpg)






