Pensiya və sosial müavinətlərin ödənilməsində nöqsanlar aşkarlanıb

Hesablama Palatasının növbəti kollegiya iclasında 2016-2017-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri ilə bağlı Hesabat müvafiq qaydada müzakirə edilərək təsdiq olunub.
“Marja”nın Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, audit 2016-2017-ci illər üzrə 805 850,9 min manat məbləğində vəsaiti əhatə edib. 01.01.2018-ci il tarixə İdarə üzrə 63705 pensiya işi, o cümlədən 41 181 ədəd yaşa görə (64,6%), 13 104 ədəd əlilliyə görə (20,6%) və 9 420 ədəd ailə başçısını itirmiş ailələrin (14,8%) pensiya işi mövcud olub.
2016-2017-ci illər ərzində təyin olunmuş 13 596 sayda pensiya işinin 7 668 ədədi və ya 56,4%-i yaşa görə, 5 161ədədi və ya 38%-i əlilliyə görə, 767 ədədi və ya 5,6%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olmuş, pensiya təyinatı üçün müraciət etmiş 26 nəfərin müraciəti rədd edilib, 01.01.2018-ci il tarixə İdarə tərəfindən 63705 nəfərə pensiya ödənişi həyata keçirilib.
Audit olunan dövr ərzində təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində təyin edilmiş pensiya işləri üzrə nöqsanlar olub, pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.
Nazirlik tərəfindən elektron şəkildə təqdim edilmiş respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının İdarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı İdarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yalnışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, İdarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə Fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib. Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, İdarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, Fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilib, 53 halda artıq müavinət ödənilib, İdarə tərəfindən audit olunan dövrün əvvəlinə olan 8 176,2 min manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 4 463,8 min manat və ya 54,6% artıb, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməyib və aparılmayıb, həyata keçirilmiş daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmayıb, həmin tədbirlər nəticəsində aşkar edilmiş eynitipli nöqsanlara hazırkı audit zamanı da rast gəlinib.
Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib, fərdi uçot üzrə müvafiq hesabatların sığortaolunanlar tərəfindən təqdim edilmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməyib, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənilmiş vəsaitlərin sığortaolunanların fərdi hesablarına işlənilməməsi hallarına rast gəlinib.
Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən İdarənin müvafiq proqram təminatında müvafiq məlumat vərəqlərinin nömrəsi üzrə qeydiyyatının aparılması və məlumat vərəqələrini göndərən təşkilatların müvafiq məlumat bazaları ilə vahid rəqəmli qeydiyyat formasının tətbiqi, fərdi hesablara işlənilməmiş vəsaitin müvafiq sığortaolunanların fərdi hesablarına işlənilməsi, audit olunan dövrün sonuna olan debitor borcların aradan qaldırılması və sığortaedənlərdən sosial sığorta haqları üzrə yığım səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülməsi, eyni zamanda daxili nəzarət fəaliyyətinin gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə Qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Kollegiya qərarının surəti göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 d. əvvəl
Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tekstil şirkəti "Colins" ölkədə fabrikini bağlayıb, istehsalını Misirə köçürüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Baku Steel Company ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib
-
2 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 6 milyona mebel istehsalını quracaq
-
2 saat əvvəl
Azərbaycan şirkətinin nizamnamə kapitalı 16,5 milyon manat azaldılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nissan 173 mindən çox avtomobili yanacaq nasosundakı problem səbəbindən geri çağırır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı

EY İlin İş Adamı 2026 müsabiqəsinə ərizə qəbulu başlayıb

Türkiyənin tekstil şirkəti "Colins" ölkədə fabrikini bağlayıb, istehsalını Misirə köçürüb

Oktyabrın 18-də gözlənilən hava şəraiti

Tramp-Putin görüşündən öncə neft qiymətləri düşür

Nissan 173 mindən çox avtomobili yanacaq nasosundakı problem səbəbindən geri çağırır
Ən çox oxunanlar

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

BYD-dən tarixində ən böyük geri çağırma qərarı

"Köhnə tipli reklam qurğularının istifadəsi dövrü başa çatıb, yeni nəsil texnologiyalara keçid qaçılmazdır"

Bankların mənfəət məbləğləri - YENİ SİYAHI

Rəsmi məzənnələr açıqlandı

"PAŞA Bank" 133 milyon manata yaxın xalis mənfəət açıqladı
