Bazarın 17 faizi “BakuBus”ın nəzarətinə keçib
Parlament Jurnalistlər Birliyi (PJB) Bakı Nəqliyyat Agentliyinə (BNA) media tur təşkil edib.
Tədbir iştirakçıları əvvəlcə “BakuBus” MMC-nin fəaliyyəti ilə yaxından tanış olublar.
BNA İdarə Heyətinin sədri Vüsal Kərimli “BakuBus” MMC-nin fəaliyyəti barədə brifinqdə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, hazırda Bakıda 41 daşıyıcı şirkət var. Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi və ya təqribən 460 mini “BakuBus” MMC-nin payına düşür.
BNA sədri qeyd edib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni Tələblər hazırlanıb. Həmin Tələblər artıq hökumətə təqdim olunub. Bu istiqamətdə əsas məsələlərdən biri 2022-ci ildən etibarən paytaxtda ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillərlə əvəz edilməsidir.
Gələn ildən etibarən hər ay Bakıya yeni avtobusların gətiriləcəyini deyən V.Kərimli diqqətə çatdırıb ki, onlardan 280-i 12 metrlik, 20-si isə 18 metrlik avtobuslardır. On səkkiz metrlik avtobuslardan paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.
Daha sonra “BakuBus” MMC-nin İstehsalat bazası və Sürücü Təlim Mərkəzi barədə məlumat verilib.
Səfər çərçivəsində Milli Məclisin deputatlarına, mətbuat nümayəndələrinə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə də tanış olmaq imkanı yaradılıb.
Vüsal Kərimli qeyd edib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)



















.jpg)
