Vergiləri və DSMF-ni qıcıqlandıran sığorta 2 dəfə artıb

2018-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 256 milyon 326 min manat, icbari həyat sığortası üzrə 30 milyon 243,7 min manat sığorta haqları toplanıb (cəmi 286 milyon 569,7 min manat).
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 211 milyon 779 min manatı və ya 82,6%-i həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2017-ci ilin 10 ayı ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 2 dəfə artıb. Ötən ilin 10 ayında həyatın yaşam sığortası üzrə 108 milyon 588 min manat sığorta haqları toplanmışdı.
Cari ilin 10 ayı ərzində 3 həyat sığortası şirkətindən - “PAŞA Həyat” sığorta 226 milyon 793 min manat (həyat sığortası üzrə cəmi sığorta haqlarının 79%-i), “Atəşgah” Sığorta Şirkəti 31 milyon 198 min manat, “Qala Həyat” Sığorta Şirkəti isə 13 milyon 643 min manat sığorta haqları toplayıb.
(min manatla) | ||
Sığorta sinifləri | Sığorta haqları | Sığorta ödənişləri |
Həyat sığortası üzrə, o cümlədən: | 256 326,0 | 86 544,2 |
həyatın yaşam sığortası | 211 779,2 | 85 153,9 |
həyatın ölüm halından sığortası | 41 424,8 | 1 390,3 |
əmək qabiliyyətinin sığortası | 2 869,9 | 0,0 |
sağalmaz xəstəliklərdən sığorta | 252,1 | 0,0 |
annuitet sığortası | 0,0 | 0,0 |
İcbari Həyat sığortası üzrə | 30 243,7 | 2 597,2 |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta | 30 243,7 | 2 597,2 |
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yeri düşmüşkən qeyd edək ki, maaşını həyat sığortasına qoşanların artması Vergilər Nazirliyini və Dövlət Sosial Müdafiə Fondunu narahat edir. Çünki gəlir vergisi və məcburi sosial sığorta haqqı büdcəyə daxil olmur, maaşını həyat sığortasına qoşan şəxsə qalır. Hər iki qurum güzəştlərin məhdudlaşdırılmasını təklif edir. Belə ki, Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə görə, indiyə qədər maaşını yığım sığortasına qoşan vətəndaşın bu gəlirinə vergidən və məcburi dövlət sosial sığorta haqqından tam azadolma tətbiq edilirdisə, artıq yalnız həmin gəlirin 50%-i gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azad olacaqdır.
Tutaq ki, vətəndaşın aylıq gəliri 2000 AZN-dir. İndiyə qədər vətəndaşın bu gəlirinə vergidən və məcburi dövlət sosial sığorta haqqından tam azadolma tətbiq edilirdisə, artıq yalnız həmin gəlirin 50 %-i (1000 AZN) gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azad olacaqdır. Yəni vətəndaş ay ərzində öz qazandığı gəlirdən 1000 AZN-ə qədər hissəni həyatın yığım sığortasına qoşduqda, yönləndirilmiş bu məbləğ gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azad olacaqdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
17 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
17 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 17 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
