AzRe: Kənd təsərüfatı sığortasının təkrarsığortalanmasında heç bir çətinlik olmayacaqdır

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Könüllü Kənd Təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş təşkil olunub.
Görüşdə Birliyin rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı sığortası ilə məşğul olan sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Görüş Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” şirkətinin təqdimatına əsaslanıb və görüşdə çıxış edən “AzRe Təkrarsığorta” şirkətinin sədr müavini Vüsal Abbasov bildirib ki, bundan sonra kənd təsərüfatı sığortasının təkrarsığortalanması sahəsində heç bir çətinlik olmayacaqdır. Belə ki əvvəllər könüllü kənd təsərrüfatı sığortasında təkrarsığorta problemləri olduğuna görə sığorta şirkətləri bu sahədə satışın həyata keçirilməsində ciddi problemlə üzləşirdilər. Hazırda “AzRe Təkrarsığorta” şirkəti bu sahədə Saziş imzalanması ilə mövcud problemin aradan qaldırılması və bununla da, sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasının həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Göstərilən təqdimatda sığorta şirkətləri kənd təsərrüfatı sığortasının hansı şərtlər əsasında təkrarsığortalanması, verilən təminatlar, təminatın növləri, müqavilə şərtləri, zərərin tənzimlənməsi, sığorta ödənişi və məbləği, minimum tariflər və ümumilikdə, “AzRe Təkrarsığorta” şirkətinin buna dair təklifləri barədə məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
