"Biz mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı"

"Düzdü, dələduzluq etmişəm, amma ailəmi saxlamaq məcburiyyətində idim"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Rzayev vəsatət qaldırıb.
O, barəsində seçilmiş həbs qəyimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü qismən təqsirli bilib.
E.Rzayev sərbəst ifadəsində söyləyib ki, yalnız üç epizodda iştirak edib və özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib. O deyib ki, daha əvvəl "Sahibkarlıq" Hüquq Cəmiyyətində çalışıb: "Bizdə həmin cəmiyyətin vəsiqəsi olub, sədrimiz isə Əli Babayev idi. Mən orada sahibkarlara könüllü olaraq təlim keçirdim. Buna görə də sahibkarlardan zəhməthaqqı alırdım. Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik və sonra sahibkarlara başa salırdıq. Biz daha əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi və vəsiqəni Əli müəllimə təhvil verə bilmədik".
E.Rzayev tutduğu əməldən peşman olduğunu vurğulayıb: "Əvvəllər məhkum olunmuşam. Heç bir yerdə işə götürmürdülər. Düzdü, dələduzluq etmişəm, amma ailəmi saxlamaq məcburiyyətində idim".
Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 saat əvvəl
-
1 gün əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
- 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 3 gün əvvəl
-
3 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 3 gün əvvəl
-
3 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
3 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 3 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
