Maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxslər dəvət olunur!
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri "Maliyyə risklərinin təhlili" təliminə dəvət edir.
Təlim keçiriləcək yer: Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50
E-poçt ünvanı: [email protected]; [email protected]
Tədris dili: Azərbaycan
Təlimin məzmunu haqqında ümumi məlumat:
“Maliyyə risklərinin təhlili” təlimi risklər şəraitində müəssisə səviyyəsində düzgün maliyyə qərarlarının verilməsi və əsaslandırılması üçün risklərin təbiətini, yaranma mənbələrini, qiymətləndirilməsi və idarə olunmasını öyrədir. Eyni zamanda bu təlim dinləyicilərə risklər şəraitində analitik təfəkkürün, optimal idarəçilik qərarlarının işlənilməsi və əsaslandırılmasında analitik üsullardan istifadə etmə vərdişlərinin formalaşmasına imkan verəcəkdir.
Təlim kimlər üçün hazırlanıb?
Təlim proqramı karyerasını maliyyə, menecment və mühasibatlıq sahəsində qurmaq istəyən dinləyicilər üçün nəzərdə tutulub.
Tələb olunan ilkin biliklər:
Təhsillə bağlı heç bir tələb yoxdur. İlkin iqtisadi biliyin olması tövsiyə edilir.
Təlimin davametmə müddəti və təşkili:
Təlim müddəti 8 həftə, ümumi tədris yükü 32 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.
Təlimin hədəfi:
Dinləyicilərdə risklər şəraitində maliyyə qərarlarının qəbul edilməsi sahəsində sistemli baza biliklərinin formalaşdırılması
Təlim iştirakçılarının sayı:
10 nəfərədək
Təhsil siyasətimiz:
Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir.
Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.
Bizi fərqləndirən əsas cəhətləri
- Peşəkar idarəçilik və təlimçilər komandası
- Müasir bilik standartlarının tətbiqi
- Hər bir dinləyiciyə fərdi yanaşma metodikası
- Sizi ilk növbədəsertifikatladeyil, bilik və bacarıqla təmin etmək
- Təlimlərdən sonra da hər zaman dəstək olmaq
Təlimin başlama tarixi: 10 mart 2017-ci il
Dərs günləri: Şənbə və ya həftə içi
Vaxt: Şənbə günləri: 10:00 – 13.30 və ya 14.00-17.30
Həftə içi: 19.00 - 21.00.
Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.
Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 32 saat
Təlimin ümumi qiyməti – 220 AZN
* Sayı birdən çox korporativ müştərilər və tələbələr üçün xüsusi endirimlər mövcuddur.
Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:
https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/
Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici sertifikatı təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)









.jpg)


