Avtomobillərin gömrük pulu artırılır
Vergilər Məcəlləsinə xeyli dəyişikliklər nəzərdə tutulub. "Marja" xəbər verir ki, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.
Məlumat üçün bildirək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.
Belə ki, avtomobilin gömrük dəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) ƏDV hesablanır.
Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük rüsumu tətbiq edilir
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi də hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən gətirilən avtomobillər üçün göükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.
Gələn ildən isə aksizlər daha da artırılacaq Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur.
Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb. Dəyişikliklər daha ətraflı aşağıdakı cədvəldə göstərilib:
Aksiz məbləği
Minik avtomobillərinin mühərrikinin həcmi: | Hazırda | 2019-dan |
2000 sm3-dək olduqda | hər 1 sm3 - 0,20 manat | hər 1 sm3 - 0,30 manat
|
3000 sm3-dək olduqda | 400 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 3 manat | 600 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 5 manat |
4000 sm3-dək olduqda | 3400 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 8 manat | 5600 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə -13 manat |
5000 sm3-dək olduqda | 11400 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 20 manat | 18600 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 35 manat |
5000 sm3-dən çox olduqda | 31400 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 40 manat | 53600 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 70 manat |
Bu dəyişikliklər ölkəyə gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin kəskn yüksəlməsinə səbəb olacaq. Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşası ilə nəticələnəcək.
Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək:
Mühərrik həcmi | Hazırda (manatla) | 2019-dan (manatla) |
2.0 litr | 400 | 600 |
2.2 litr | 1000 | 1600 |
2.5 litr | 1900 | 3100 |
3.0 litr | 3400 | 5600 |
3.5 litr | 7400 | 12100 |
4.0 litr | 11400 | 18600 |
4.5 litr | 21400 | 36100 |
5.0 litr | 31400 | 53600 |
5.5 litr | 51400 | 88600 |
5.7 litr | 59400 | 102600 |
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
14 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
20 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






.jpg)
















.jpg)

