Ağdamda 35 subartezian quyusu qazılacaq - PUL AYRILDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncama əsasən, Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon manat ayrılıb.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Ağdam rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı | Əhalinin sayı |
| Mərzili kəndi (Ergi yaşayış massivi) | 5 | 1195 |
| Alıbəyli kəndi | 4 | 1826 |
| Çəmənli kəndi | 4 | 3445 |
| Qərvənd kəndi | 3 | 926 |
| Hacıturalı kəndi | 2 | 664 |
| Təzəkənd kəndi | 2 | 447 |
| Zəngişalı kəndi | 2 | 2516 |
| Çullu kəndi (İmamqulubəyli kənd İƏD) | 1 | 828 |
| Evoğlu kəndi | 1 | 1355 |
10. | Eyvazlı kəndi | 1 | 614 |
11. | Əfətli kəndi | 1 | 808 |
12. | Hacıməmmədli kəndi | 1 | 779 |
13. | Xındırıstan kəndi | 1 | 841 |
14. | İmamqulubəyli kəndi | 1 | 1262 |
15. | Küdürlü kəndi | 1 | 174 |
16. | Quzanlı qəsəbəsi | 1 | 3236 |
17. | Mahrızlı kəndi | 1 | 1923 |
18. | Orta Qışlaq kəndi | 1 | 846 |
19. | Paşabəyli kəndi | 1 | 739 |
20. | Sarıcalı kəndi | 1 | 1841 |
Cəmi | 35 | 26265 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











