“PAŞA Bank”ın xalis mənfəəti kəskin artıb
“PAŞA Bank” ASC 2018-ci ilin 9 ayını 50 milyon 429 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “PAŞA Bank” ASC 2017-ci ilin 9 ayını 29 milyon 70 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Bankın qazancı 73,5% artıb.
“PAŞA Bank” 2018-ci ilin 1-ci rübündə 6 milyon 532 min manat, 2-ci rübündə 15 milyon 630 min manat, 3-cü rübündə isə 28 milyon 267 min manat xalis mənfəət əldə edib.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “PAŞA Bank”ın cəmi gəlirləri 146 milyon 615 min manat, o cümlədən faiz gəlirləri 124 milyon 263 min manat, qeyri-faiz gəlirləri 22 milyon 352 min manat təşkil edib.
2017-ci ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 161 milyon 91 min manat, o cümlədən faiz gəlirləri 122 milyon 559 min manat, qeyri-faiz gəlirləri 38 milyon 532 min manat təşkil etmişdi. Qeyri-faiz gəlirlərinin azalması xarici valyuta ilə əməliyyatlardan gəlirlərin 27 milyon 978 min manatdan 11 milyon 483 min manata düşməsidir. Manatın məzənnəsi sabitləşdiyindən spredlər də azalıb və bu azalma bankların gəlirlərinə mənfi təsitr göstərib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“PAŞA Bank” cari ilin 9 ayında 146 milyon 615 min manat gəlirə qarşı 94 milyon 887 min manat xərcləyib. Bank cari ilin 51 milyon 728 min manat əməliyyat mənfəətindən 1 milyon 299 min manat mənfəət vergisi ödəyib.
2017-ci ilin 9 ayında "PAŞA Bank" 161 milyon 91 min manat gəlirə qarşı 128 milyon 358 manat xərcləmiş, 32 milyon 732 min manat əməliyyat mənfəətindən 3 milyon 662 min manat mənfəət vergisi ödəmişdi. ÖTən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında xərclərin azalması ehtiyatlara ayırmanın və faiz xərclərinin aşağı düşməsi ilə bağlıdır.
AKTİVLƏRİ 4 MİLYARD MNATDAN ÇOXDUR
30 Sentyabr 2018-ci il tarixində PAŞA Bank 4 milyard 332 milyon 10 min manat cəmi aktivlərə, 3 milyard 940 milyon 565 min manat cəmi öhdəliklərə və 391 milyon 445 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində PAŞA Bank 3 milyard 457 milyon 155 min manat cəmi aktivlərə, 3 milyard 84 milyon 370 min manat cəmi öhdəliklərə və 372 milyon 785 min manat cəmi balans kapitalına malik olub.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Müştərilərə verilən kreditlər ötən ilin Sentyabr ayının sonundakı 903 milyon 571 milyon manatdan 30 Sentyabr 2018-ci il tarixində 1 milyard 144 milyon 269 milyon manata yüksəlib. Bankın kredit portfeli təxminən 27% artıb.Müştərilərə verilmiş kreditlərin 111 milyon 970 min manatının və ya 9,2%-nin ödəmə vaxtı keçib.
30 Sentyabr 2018-ci il tarixində "PAŞA Bank" 269 milyon 281 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb

























